Ana səhifə | Yenilik | Elm və təhsil | 28/06/10 Qubada yeniyetmələr üçün yay məktəbi açılıb

28/06/10 Qubada yeniyetmələr üçün yay məktəbi açılıb

Milli Şuradan RİA-ya verilən məlumata görə, bir həftə davam edəcək yay məktəbində Ucar, Şirvan, Göyçay, Beyləqan, İsmayıllı, Mingəçevir, Quba, Yevlax, Kürdəmir, İmişli, Sabirabad, Samux, Zaqatala, Şamaxı, Sumqayıt, Göygöl, Xaçmaz, Şəmkir, Naftalan, Gəncə, Qəbələ, Ağdaş, Bakı və Naxçıvan Muxtar Respublikasından 13-15 yaşlı 120 uşaq və yeniyetmə iştirak edir.

Yay Məktəbinin təşkilində başlıca məqsəd, region və paytaxt gəncləri arasında sağlam həyat tərzinin təbliği, liderlik bacarıqlarının aşılanması, erkən nikah, zorakılıq kimi halların qarşısının alınmasına yardım etməkdir. Yay məktəbinin maraqlı, faydalı olması üçün iştirakçılara uşaq hüquqları, gənclərin iştirakı və liderlik, ayrı-seçkilik, tolerantlıq üzrə təlimlər keçiriləcək, intellektual və fiziki oyunlar təşkil olunacaq.

Ria.Az



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb