Ria.Az | Reporter İnformation Agency: 04/11/09 Nar Mobile abunəçilərinin sayı 1.5 milyon oldu 04/11/09 Nar Mobile abunəçilərinin sayı 1.5 milyon oldu ================================================================================ Baş Redaktor on 04/11/2009 ərazisinin 80%-ni mobil rabitə xidməti ilə təmin edir. Qeyd edək ki, BakuTel 2009 sərgisində Nar Mobile CavanNar tarif paketinin üstünlüklərini nümayiş etdirir. Stendin ziyarətçiləri bu tarif paketinin Azərbaycanın mobil rabitə bazarında olan üstünlükləri haqqında ətraflı məlumat almaqla yanaşı interaktiv oyunda iştirak etmək imkanını qazanacaqlar. Nar Mobile stendində keçirilən interaktiv oyun yarışmasında iştirak etmək istəyən hər bir şəxs stenddə xüsusi anketi doldurmalı və təşkilatçılara təqdim etməlidir. Anketi doldurmuş şəxs Nar Mobile stendində CavanNar yarışmasında iştirak etmək hüququnu qazanır. Sərgi günləri keçirilən yarışmada hər gün bir Nokia N97 mobil telefonu və müxtəlif qiymətli hədiyyələr oynanılacaq. Qalibin elan edilməsi və mükafatlandırılma mərasimi hər sərgi günü saat 17:00-da, noyabrın 7-si isə saat 14:00-da keçiriləcəkdir.