Ana səhifə | Yenilik | Avto | 11/06/10 Gələn aydan Azərbaycanda “Euro-2” standarı tətbiq ediləcək

11/06/10 Gələn aydan Azərbaycanda “Euro-2” standarı tətbiq ediləcək

RİA-nın məlumatına görə, bu barədə SMPDK-nn texniki tənzimlənmə və sertifikatlaşdırma departamentinin direktoru Sabiq Abdullayev bildirib.

S.Abdullayevin sözlərinə görə, texniki normativlərin qəbulu bu ilin iyul ayının 1-dən Azərbaycanın “Euro-2” standartlarına keçməsi ilə bağlıdır. “Avtomobil nəqliyyat vasitələrindən atmosferə buraxılan zəhərli maddələrə dair texniki normativlər”lə ölkəyə idxal olunan avtomobillərin yoxlanılması iki istiqamətdə həyata keçiriləcək: “Birinci istiqamətdə əgər Azərbaycana yeni model avtomobil idxal olunursa, bu avtomobilin “Euro-2” standartının tələblərinə cavab verməsi üçün müvafiq laboratoriyada yoxlanılaraq ona sertifikat veriləcək. Sonrakı mərhələdə həmin model avtomobillər üzrə yoxlamalar olmayacaq. Normativin ikinci istiqamətində isə ölkəyə idxal olunan ikinci əl avtomobillər üçün müvafiq yoxlamalar aparılacaq və onlara uyğunluq sertifikatı veriləcək”.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb