Ana səhifə | Yenilik | 19/02/09 İordaniyadan Azərbaycana 50 adda dərman gətirilir

19/02/09 İordaniyadan Azərbaycana 50 adda dərman gətirilir

xidmətindən ildirilib. Məlumata görə, görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri və 25-26 fevral 2009-cu il tarixdə Əmmanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasında səhiyyə sahəsində qaldırılacaq təkliflər müzakirə edilib.

Qonaq iki ölkə arasında əczaçılıq sahəsində məhsuldar əlaqələri vurğulayaraq, 50 adda İordaniya dərman vasitələrinin Azərbaycanda qeydiyyatdan keçdiyini bildirib. Görüşdə Azərbaycan və İordaniyada qaçqınların olması və onlara digər xidmətlərlə birgə, səhiyyə xidmətlərinin də göstərilməsi, habelə bunun dövlətlərimizin əsas prioritet vəzifələrindən biri olması bildirilib.

Qeyd edək ki, Azərbaycan tərəfi 25-26 fevral 2009-cu il tarixdə Əmmanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclası üçün müqabil tərəfə səhiyyə sahəsində əməkdaşlıq üzrə aşağıdakı təklifləri təqdim edib:
 
Azərbaycanın və İordaniyanın görkəmli tibb alimlərinin ikitərəfli elmi- tədqiqat işlərinin aparılmasının təşkili; İnfeksion xəstəliklər haqqında informasiya mübadiləsi; Hər iki ölkənin Tİbb Universitetlərində və Həkimləri təkmilləşdirmə institutlarında İordaniya və Azərbaycanın ali məktəb müəllimlərinin və həkimlərinin mübadilə əsasında təkmilləşdirmə kurslarının təşkili; Birgə elmi konfransların, simpoziumların, qurultayların, sərgilərin təşkili.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb