Ana səhifə | Yenilik | 04/11/09 Azerfon 3G texnologiyasını nümayiş etdirəcək

04/11/09 Azerfon 3G texnologiyasını nümayiş etdirəcək

innovasyon məhsulları nümayiş etdirəcəkdir.

BakuTel 2009 sərgisi zamanı təqdim olunacaq avadanlıqlar arasında verilənlərin səmərəli və sürətli mübadiləsini təmin edən genişzolaqlı modem kartları,  3G şəbəkəsini dəstəkləyən SİM kart vasitəsilə genişzolaqlı internetə giriş təmin edən netbuklar vardır.

Azerfon MMC biznes və fərdi istifadəçilər üçün nəzərdə tutulmuş istənilən məlumatlara və kontentə çevik giriş imkanını, habelə daha çox mobilliyi təmin edən müxtəlif həlləri təqdim edəcək. Bu həllərin içərisində bir çox müasir mobil telefonlara rahat şəkildə yüklənə biləcək Push Email xidməti vardır. Bu xidmət vasitəsilə abunəçilər real zaman rejimində öz korporativ və ya şəxsi elektron poçtlarına mobil telefondan  daxil ola biləcəklər.  

Azerfon şirkətinin stendində nümayiş etdiriləcək müasir mobil telefonlar bir sıra kontent və multimedia xidmətlərinə birbaşa giriş imkanını təmin edəcək və istifadəçilərə qabaqcıl 3G texnologiyalarından istifadə etməklə daha böyük nəticələri əldə etməyə imkan verəcək.
Azerfon MMC innovasyon 3G məhsullar ilə tanış olmaq və ya onlarla işləmək imkanını əldə etmək istəyənləri BakuTel 2009 Telekommunikasiya sərgisində yerləşən stendinə dəvət edir.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb