15/10/09 Milli azlıqların təşəbbüslərinə dəstək verilir
layihənin əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan layihənin birinci mərhələsində Azərbaycanın müxtəlif regionlarından olan 25 nəfər milli azlıqlardan olan gəncə xüsusi təlimlər keçirilib. Onlar təlimlər zamanı QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin formalaşdırılması və s. mövzularda biliklərə yiyələniblər.
Yeni icra edilməyə başlayan mərhələ təlim keçmiş həmin gənclər vasitəsilə onların regionlarında kiçik layihələrin reallaşdılmasını nəzərdə tutur. Belə ki, onlar Mərkəzə müxtəlif mövzularda kiçik layihələr təqdim etmiş və bəziləri yüksək qiymətləndirilərək dəstəklənib.
Hazırda Bakı, Quba, Xaçmaz, Lənkəran, Şəki, Qəbələ və Zaqatalada icra edilməyə başlayan 10 layihə əsasən milli azlıqlardan olan gənclər üçün qeyri-formal təhsil metodlarından istifadə etməklə müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur. Layihələr təlimlərin, seminarların, ekoloji və mədəni aksiyaların, sərgi və müsabiqələrin keçirilməsi kimi fəaliyyətləri əhatə edir.
Qeyd edək ki, kiçik layihələrin həyata keçirilməsinin əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai aktivliyini artırmaqdır.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh