02/08/10 Rusiya Prezident Administrasiyasının rəhbəri Azərbaycana gəlib
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin işgüzar səfərlə Azərbaycana gəlib. RİA-nın ANS Press-ə istinadən yaydığı məlumata görə, səfər çərçivəsində onun azərbaycanlı həmkarı Ramiz Mehdiyevlə görüşü planlaşdırılır.
Sergey Narışkinin II Dünya müharibəsinin azərbaycanlı veteranlarının bir qrupu ilə görüşəcəyi və onlara mükafatlar təqdim edəcəyi bildirilir.
Səfər zamanı S.Narışkin prezident Dmitri Medvedevin Azərbaycana sentyabrda gözlənilən səfərinə hazırlıq məsələlərini də müzakirə edəcəyi gözlənilir.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh