Ana səhifə | Siyasət | 28/06/10 Elmar Məmmədyarov Almaniyaya səfər edib

28/06/10 Elmar Məmmədyarov Almaniyaya səfər edib

image

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfərə gedib. XİN mətbuat xidsmətindən RİA-ya verilən məlumata görə, səfər iyunun 30-dək davam edəcək.

Səfər çərçivəsində E. Məmmədyarovun iyunun 29-da AFR Bundestaqının deputatları, AFR-in xarici işlər naziri Guido Vestervelle, “Körber Stiftung” fondunda AFR Bundestaqının millət vəkilləri, elmi fondların rəhbərləri və iş adamları, AFR Kansler Aparatında Kanslerin Xarici və Təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri və Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı planlaşdırılır.

Səfər çərçivəsində ikitərəfli, regional və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqların aparılması nəzərdə tutulur.

Ria.Az



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb