Ana səhifə | Siyasət | 26/06/10 Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edilib

26/06/10 Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edilib

RİA-nın məlumatına  görə, prezidentlər bu bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin başçıları qismində qəbul ediblər.

Üç ölkənin prezidenti bəyanatda Azərbaycan və Ermənistanı münaqişənin əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıb: «İndi Azərbaycan və Ermənistan prezidentlərinə bir addım atmaq qalır ki, münaqişənin həllinin əsas prinsiplərini hazırlayıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçsinlər».

Üç prezident ölkələrinin xarici işlər nazirlərinə tapşırıb ki, münaqişənin həlli prosesinə yardım etməkdə davam etsinlər.

Bəyanatda deyilir ki, münaqişənin tənzimləməsi bir neçə prinsip əsasında olmalıdır. Bu prinsiplər arasında Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Qarabağa bölgənin özünün idarəetməsini və təhlükəsizliyini təmin edəcək keçid statusunun verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, bundan başqa, Dağlıq Qarabağ əhalisinin iradəsini bildirməsi yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması, bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi məsələləri var.

Ria.Az



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb