Ana səhifə | Siyasət | 22/06/10 ADP Müsavat rəhbərliyinə müraciət edib

22/06/10 ADP Müsavat rəhbərliyinə müraciət edib

bir sıra mətbuat orqanlarında, o cümlədən «Yeni Müsavat» qəzetində ADP sədri Sərdar Cəlaloğluya qarşı bəzi müsavatçılar tərəfindən çirkin kampaniya aparılır.

“İlk günlərdən bunun bir təsadüf olduğunu zənn edib buna reaksiya verməklə, iki müttəfiq partiya arasında yersiz söz-söhbət yaradılmasını lazımsız bildim. Düşündüm ki, bu hansısa müsavatçı gəncin bir xətasıdır, Müsavat rəhbərliyi bunu yoluna qoyar. Amma bu cür çirkin kampaniyanın davamlı olduğunu gördükdə bu kampaniyanın arxasında məhz Müsavat rəhbərliyinin dayandığına inanmaqdan başqa yolum qalmadı. Ona görə də bir az da təmkinli davranaraq bu kampaniyanı durdurmaq, partiyalararası münasibətlərə xələl dəyməməsi naminə Müsavat Partiyası rəhbərliyinə müraciət etməyi qərara aldım.

Hörmətli İsa Qəmbər və müsavatçı dostlar!

Bu gün ölkədə demokratik qüvvələrin təmərküzləşməsinə, inteqrasiyasına ən azından milli maraqlarımız naminə qarşıdan gələn parlament seçkilərində eyni mövqedən çıxış etməyimizə ehtiyac duyulduğu bir vaxtda Müsavat partiyası funksionerlərinin digər müxalifət partiyası liderlərinin, o cümlədən ADP sədri Sərdar Cəlaloğlunun ünvanına mətbuat orqanlarında heç bir etik və əxlaq normalarına sığmayan təhqiramiz ifadələr işlətməsi acı təəssüf doğurur. Müxalifət liderlərinə qarşı bu cür çirkin kampaniyanın Müsavat Partiyası funksionerləri tərəfindən aparılması müsavatçılıq ideologiyasının da açıq-aydın təhqir olunmasıdır. Əgər sözün həqiqi mənasında Müsavat Partiyası Azərbaycanda azad, ədalətli və demokratik bir cəmiyyət qurmaqda maraqlıdırsa, onda ilk növbədə Müsavat Partiyası funksionerləri özləri bu ideyaları yaxından mənimsəməlidir. Əgər Müsavat Partiyası və onun lideri İsa Qəmbərin iddia etdiyi kimi hakimiyyətə gəlmək istəyirlərsə, onda sizlər öz müttəfiqlərinizi bir araya gətirmək istiqamətində səmimi və davamlı səylər göstərməlisiniz. Yox əgər bu günkü Müsavat rəhbərliyinin fəaliyyəti demokratik düşərgədə dezinteqrasiyaya xidmət edirsə, Müsavat Partiyasının hakimiyyətə gəlmək iddiası öz-özünü və zavallı Azərbaycan vətəndaşlarını aldatmaqdan başqa bir şey deyil. Bu günkü reallıq ondan ibarətdir ki, ölkədə olan siyasi güclərin heç biri təkbaşına iqtidara gəlmək potensialında deyil. Bu baş verəcəksə demokratik qüvvələrin birliyi ilə baş verəcək. Bu cür əxlaq və dünyagörüşü və öz müttəfiqlərinə qarayaxma kampaniyası ilə isə heç 100 ildən sonra da Müsavat Partiyası Azərbaycanda qarşısına qoyduğu məqsədlərə nail ola bilməyəcəkdir. Tam səmimi olaraq bildirirəm ki, mən bu vəziyyətə acıyıram.

Bu gün Müsavat Partiyası tərəfindən ADP sədri Sərdar Cəlaloğlunun hədəf seçilməsini isə heç anlamıram. Sərdar Cəlaloğlu Müsavat Partiyasına nə pislik edib ki?
Yadımdadır, 2003-cü il prezident seçkiləri zamanı ADP Müsavat Partiyasının lideri İsa Qəmbərə dəstək verdi. 15 oktyabr prezident seçkiləri gününün səhəri Sərdar Cəlaloğlu Azərbaycanda bütün beynəlxalq təşkilatlara və diplomatik korpuslara bir müraciət hazırladı. Müraciətdə İsa Qəmbərin Azərbaycan Respublikasının prezidenti kimi tanınmasına çağırış edilirdi. Həmin gün Müsavat partiyasını seçkilərdə dəstəkləyən 30-dan çox ictimai-siyasi təşkilatdan birini tapa bilmədik ki, (hamısı qaçıb gizlənmişdi) həmin müraciətə imza atsın, amma Sərdar Cəlaloğlu bunu təkbaşına etdi və sonadək Müsavat Partiyası ilə səmimi müttəfiqliyinə görə evinə basqın edildi, ailəsinə və evinə maddi-mənəvi zərbələr dəydi, həbs olundu, amansız işgəncələrə məruz qaldı və xeyli məhbəs həyatı yaşamalı oldu və s.

Bu gün görünür Müsavat Partiyası Sərdar Cəlaloğlunun bu kişiliklərinin bədəlini onu söydürmək, təhqir etdirməklə ödəmək istəyir.

Müsavatçı dostlar!

Bu gün sizlər Sərdar Cəlaloğluna elə şəxslərin əli ilə çamır atmaq istəyirsiniz ki, o şəxslər Sərdar Cəlaloğludan çox-çox balaca görünür. Aşağıdan yuxarı atılan çamırlar isə geriyə elə həmin şəxslərin üzünə töküləcək, hətta sizlərin də üstünə sıçrayacaq. Həmin şəxslər Sərdar Cəlaloğlunu «meyit yaran» adlandırır, ancaq anlamırlar ki, Sərdar Cəlaloğlunun yardığı meyitlər həmin şəxslərdən və onların havadarlarından çox-çox canlı olub.

Hörmətli İsa Qəmbər və müsavatçı dostlar!

Əgər doğrudanda bu çirkin kampaniyanın arxasında sizlər deyilsinizsə və doğrudanda sizlər ölkədə demokratik düşərgənin birliyində, ən azı bir müttəfiq kimi əməkdaşlıqda maraqlısınızsa bu kampaniyanı durdurun.  

Bu cür çirkin kampaniya davam edəcəksə, icazə verin inanaq ki, bu kampaniyanın arxasında duranlar məhz sizlərsiniz və bizim də danışmaq haqqımızı tanıyasınız.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb