21/06/10 Azad Azərbaycan Partiyası MQP-nin aksiyasını dəstəkləyəcək
MQP başqanı Vüqar Bəyturan bu gün Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənovla görüşüb. Görüşdə tərəflər etiraz aksiyalarının, xüsusilə də “Azadlıq” blokunun son aksiyasının zorakılıqla dağıdılmasını pisləyib və həbs olunanlarının təcili azadlığa buraxılmasını tələb edib.
AAP liderinin sözlərinə görə, partiya rəhbərləri azad seçki, demokratik şərait, digər seçki şüarları, habelə Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın bütövlüyü tələbləri ilə aksiyaların keçirilməsini zəruri hesab edərək, qeyd olunan istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb. “Biz AAP olaraq 26 iyun tarixində keçirilməsi planlaşdırılan etiraz aksiyasının tələblərini dəstəkləyirik və bəyan edirik ki, bu tədbirdə üzvlərimiz fəal iştirak edəcək”- deyən Həsən Həsənov Vüqar Bəyturanla milli mövqeli qüvvələrin bir araya gəlmək və 2010-cu il parlament seçkilərində birgə iştirak etmək barədə də fikir mübadiləsinin apardığını söyləyib.
Xatırladaq ki, Milli Qurtuluş Partiyası 26 iyun tarixində azad seçki, blogerlərin azadlığı və mitinqlər üçün şəhərin mərkəzində yerlərin ayrılması tələbləri ilə Prezident Administrasiyasının önündə aksiya keçirəcək və partiya rəhbərliyi 18 iyun tarixində bu barədə BŞİH-ə xəbərdarlıq məktubu ünvanlayıb.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh