09/11/09 ADP Idarə Heyətinin toplantisi keçirilib
seçkilərinə hazırlıq vəziyyəti əsas müzakirə obyekti olub. Son vaxtlar GUAM-ın fəaliyyətinin gücləndirilməsinin vacibliyi və regionda mövcud olan dondurulmuş münaqişələrin və diğər problemlərin həllində bu qrumun rolunun daha da artırılması ilə bağlı səsləndirilən bəyanatlara münasibət bildirən İdarə Heyəti üzvləri Azərbaycan dövlətinin hazırkı şəraitdə GUAM daxilində fəaliyyətinin çoxşaxəli xarici siyasətimizin əsas prinsiplərindən irəli gəldiyini diqqətə çatdırıb və hakimiyyəti qrumun nüfuzlu regional təşkilata çevrilməsi istiqamətində daha məqsədyönlü və uzaqgörən addımlar atmağa çağırıb.
Türkiyənin Cənubi Qafqazda polunun artması, Rusiya və digər region dövlətləri ilə ikitərəfli əlaqələrinin genişlənməsi və digər beynəlxalq şərtlərin bu olkə vasitəsi ilə regionda gerçəkləşdirilməsi meyllərini nəzərə alaraq toplantı iştirakçıları GUAM-ın siyasi çəkisinin və nüfuzunun artırılması baxımından gələcəkdə Türkiyənin də bu qruma daxil edilməsini məqsədə uyğun hesab edib.
İdarə heyəti üzvləri İslam Konfransı Təşkilatına daxil olan ölkələrin İstambulda keçirilən sammitinə ölkə prezidentinin qatılmaması faktını bu təşkilat vasitəsi ilə Azərbaycanın milli problemlərinin müsəlman və eləcədə dünya xalqlarına çatdırılması barədə qəbul edilən xarici siyasət kursuna uyğun gəlmədiyini qeyd edib və bu cür davranışların nəticədə dövlətimizi beynəlxalq aləmdə təcrid vəziyyətinə gətirib çıxara bilməsindən narahat olduqlarını ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycanda uzun müddət fəaliyyət göstərən və əsas qayəsi ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və demokratik institutların yaradılmasına xidmət edən Beynəlxalq Respublikaçılar İnstitutunun və bu qəbildən olan bir sıra təşkilatların Azərbaycandakı fəaliyyətinə xitam verməsinə mövqe bildirən İdarə Heyəti üzvləri bu geridönmə faktının arxasında ABŞ-ın xarici siyasət prioritetlərində demokratiyanı daha arxa plana keçirilməsi və Azərbaycanda demokratiyaya real dəstəkdən imtinası kimi qiymətləndirib.
İdarə Heyəti üzvləri ayrı-ayrı dövlət məmurlarının məscidlərdə verilən azan səsinin məhdudlaşdırılması ilə bağlı etdikləri cəhdləri kəskin şəkildə pisləyib və bu cür çəhdlərin kommunist və ateist şüurunun qalığı olmaqla bərabər hökumətin digər ictimai-siyasi sferalarda olduğu kimi, dini sahələri də total nəzarətdə saxlamaq istəyindən irəli gəldiyini və bu neqativ halın vicdan azadlığına qarşı yönəldiyini diqqətə çatdırıb. Son vaxtlar ölkədə intihar, avtoqəza və kriminal hadisələrin kütləvi xarakter almasından narahat olduğunu diqqətə cəkən toplantı iştirakçıları bu sosial bəlaların kökünün əsas səbəbi kimi dövlətlə cəmiyyət arasında əlaqələrin qırılması, ölkədə baş verən korrupsiya və rüşvətxorluğun hər bir ailədə doğurduğu psixoloji diskomford, iqtisadi çətinliklər nəticəsində yaranan ailə münaqişələrinin kökünün düzgün araşdırılmaması, vəhşi kapitalizmin əhali çoxluğu üzərində amansız istismarı, mənəvi psixoloji amillərin nəzərə alınmaması, xalqın güzəranına mənfi təsir göstərən kəskin dəyişilmələrə rəğmən əhali arasında psixoloji sağlamlıq tədbirlərinin aparılmaması və digər sosial iqtisadi amillərin yer aldığını diqqətə çatdırıb və hakimiyyəti xalqımızın sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində konstitusiya ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
Dövlət büdcəsinin kəsirlə yerinə yetirilməsinə dair hökumətin verdiyi hesabata münasibət bildirən İdarə Heyəti üzvləri hökumətin bu sahədə yeritdiyi iqtisadi-siyasətin yarıtmaz olduğunu bildirməklə, problemin kökünün vergi sistemində şəffaflığın olmaması, bu sahədə rüşvətxorluq və korrupsiyanın adi hal alması, parazitar zümrəyə çevrilmiş məmurlarin dövləti tələblərdən kənara çıxaraq vergi daşıyıcılarından rəsmi olmaqla yanaşı qeyri rəsmi və həm də ölçüyə gəlməz dərəcədə “vergi” tələb etmələri, mallar və digər xidmət sahələri üzrə monopolist siyasətin davam etdirilməsi, dövlət büdcəsindəki vəsaitlərin xalqın rifahına xidmət edən və ya daha çox gəlir gətirə biləcək rentabelli sahələrə deyil, rejimin iç mahiyyətini pərdələyən təmtəraqlı və möhtəşəm tikililərin aparılmasına yönəldilməsində olduğunu bildirib.
İdarə Heyəti üzvləri Naxçıvana təyyarə biletlərinin qiymətlərinin artırılmasını düşünülməmiş addım kimi qiymətləndirib və bunu Naxçıvanın blokadasının daha da artırılmasına xidmət edəcəyini iqtidarın diqqətinə çatdırıb.
İdarə Heyəti üzvləri dünyada tüğyan edən donuz qripi ətrafında siyasi və iqtisadi manipulyasiya edən qüvvələrin durduğunu qeyd etməklə yanaşı bu epidemiya ilə bağlı düzgün tibbi izahatın əhaliyə verilməməsinin kütləvi psixaza, panikaya və depressiyaya səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
İdarə Heyəti üzvləri bələdiyyə seçkilərində iştirak edən partiya üzvlərinin üzləşdiyi problemlər, imzatoplama kampaniyasının gedişi ılə bağlı müzakirələr aparıb və qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsul şəxslərə tapşırıqlar verilib.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh