Ana səhifə | Referendum | 22/10/09 “Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu” mövzusunda tədbir keçirilib

22/10/09 “Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu” mövzusunda tədbir keçirilib

mövzusunda tədbir keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən RİA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə keçirilmiş tədbirdə Parlamentin Lordlar və Nümayəndələr palatalarının üzvləri, dövlət qurumlarının təmsilçiləri, enerji üzrə aparıcı ekspertlər, jurnalistlər, Londonda yaşayan Azərbaycanlı və türk icmasının üzvləri iştirak ediblər.

Tədbiri açan UKAN-ın həmtəsisçisi Gülçöhrə Əliyeva yeni yaradılan qurumun məqsədləri və gələcək fəaliyyət istiqamətləri haqqında məlumat verib və təşkilatın Britaniya Azərbaycanlılarının daha da sıx birləşdirilməsi və ölkəmizin maraqlarının bu ölkədə müdafiə edilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.

Səfir F. Qurbanov çıxışı zamanı yeni təsis olunan quruma uğurlar arzulayaraq ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının Azərbaycan reallıqlarının Britaniya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynadıqlarınıı vurğulayıb. Mövzuya dair fikir bildirərkən o, Azərbaycanın dünya enerji bazarında getdikcə artan əhəmiyyətini, etibarlı tərəfdaş kimi tanındığını və bu amillərin gələcəkdə ölkəmizin enerji sahəsində yeni layihələrin həyata keçirilməsinə təminat yaratdığını vurğulayıb.

Daha sonra çıxış edən Britaniya Parlamentinin üzvü Dr Alan Vaythed, UKAN-ın həmtəsisçisi Fiyaz Muğal, ARDNŞ-ın London nümayəndəliyinin direktoru Rüfət Əfəndiyev, Birmingem Universitetinin professoru Ceremi Smit və London Universitetinin professoru Dr Bavna Deyv Azərbaycanda neft sənayesinin inkişaf tarixi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasıda oynadığı rol, Xəzər hövzəsi və xüsusilə Azərbaycanın dünya enerji siyasətində artan nüfuzu ətrafında bəhs ediblər. Tədbir iştirakçılar üçün təşkil olunmuş ziyafətlə davam etdirilib.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb