Ria.Az | Reporter İnformation Agency: 22/06/10 AGBank GoldenPay-ə qoşulub 22/06/10 AGBank GoldenPay-ə qoşulub ================================================================================ Baş Redaktor on 22/06/2010 Müasir dünyada elektron kommersiyanın populyarlığının artdığını nəzərə alan; daim inkişafda olmağı, innovasiyalara açıqlığı özünün prioritet istiqamətləri sayan AGBank, müştərilərinin rahatlığını düşünərək, Azərbaycanda ilk onlayn ödəmə xidməti provayderi olan GoldenPay-ə qoşulub. Bundan sonra www.agbank.az saytına daxil olaraq, internet ödəmələr sistemi çərçivəsində, kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmək, “Azerfone-Vodafone”, “Bakcell”, “Nar Mobile” mobil telefon operatorlarında balans artırmaq, “Aztelekom” və “BTRIB” stasionar telefon operatorlarında onlayn-ödəmə, habelə İnternet və kabel televiziyası provayderləri olan şirkətlərin xidmətləri üzrə abunə haqqını ödəmək imkanı yaranacaq. Ümumilikdə bu sistem vasitəsilə, 50-dən artıq şirkətə online ödəmə həyata keçirmək mümkündür.GoldenPay ödəniş sistemindən yararlanmaq üçün, istənilən banka aid Visa/Visa Elektron və MasterCard/Maestro kartları ilə ödəniş həyata keçirmək, mal və ya xidmət əldə etmək mümkündür.