22/06/10 AGBank GoldenPay-ə qoşulub
Müasir dünyada elektron kommersiyanın populyarlığının artdığını nəzərə alan; daim inkişafda olmağı, innovasiyalara açıqlığı özünün prioritet istiqamətləri sayan AGBank, müştərilərinin rahatlığını düşünərək, Azərbaycanda ilk onlayn ödəmə xidməti provayderi olan GoldenPay-ə qoşulub.
Bundan sonra www.agbank.az saytına daxil olaraq, internet ödəmələr sistemi çərçivəsində, kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmək, “Azerfone-Vodafone”, “Bakcell”, “Nar Mobile” mobil telefon operatorlarında balans artırmaq, “Aztelekom” və “BTRIB” stasionar telefon operatorlarında onlayn-ödəmə, habelə İnternet və kabel televiziyası provayderləri olan şirkətlərin xidmətləri üzrə abunə haqqını ödəmək imkanı yaranacaq. Ümumilikdə bu sistem vasitəsilə, 50-dən artıq şirkətə online ödəmə həyata keçirmək mümkündür.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh