Ria.Az | Reporter İnformation Agency: 09/11/09 Mərhum prokurorun qardaşı ədliyyə nazirinə müraciət edib 09/11/09 Mərhum prokurorun qardaşı ədliyyə nazirinə müraciət edib ================================================================================ Baş Redaktor on 09/11/2009 Qax rayon Prokurorunun böyük köməkçisi Əhməd Yusif oğlu Həsənovun faciəli surətdə yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişməsi barədə dəfələrlə Sizə müraciətlər etmiş , bu qanlı cinayət hadisəsinin törənməsində günahkar olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsinin və Gəncə şəhər 2 saylı İT – nın müdriyyəti və digər vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını xahiş etmişəm. Belə ki , istintaq zamanı müəyyən edilmişdir ki , təqsirləndirilən şəxs Rəcəbov Ayaz İman oğlu Kürdəmir rayon məhkəməsinin 26.02.2008- ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə , 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş , Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiyar Xidmətin 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsində cəza çəkməli olduğu halda , cəzanın icrası yerinin müdriyyətinin CİM-nin tələblərini kobud surətdə pozmaqla verdiyi qanunsuz icazə nəticəsində cəzanın icrası yerindən uzun müddətə uzaqlaşaraq məhkəmənin hökmü ilə məhrum olunmuş hüququndan qanunsuz istifədə etməklə 03.07.2007- ci il tarixli sürücülük vəsiqəsini əldə edərək özündə saxlamış, gəzdirmiş və istifadə edərək Ağayev Afiq Gülağa oğluna məxsus olan və etibarnamə olmadan ona verdiyi “Kamaz - 5410”markalı 10 RH – 213 dövlət nömrə nişanlı avtomaşınla Zaqatala rayonuna yük aparmış , geri qayıdarkən 25.05.2009 – cu il tarixdə, saat 16:45 radələrində “ Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanunun 42.1- ci maddəsinin tələblərini kobud surətdə pozaraq, yerdəyişərkən hərəkətin digər iştirakçılarına maneə yaratmamalı olduğu halda , sağ tərəfdən yola doğru gələn camış mallarını görərək əyləci basıb sükanı sola doğru çəkərək təhlükəli manevr etmiş, qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan Həsənov Əhməd Yusif oğluna məxsus“Mersedes –Benz 260 ” markalı , 10 UL 665 dövlət nömrə nişanlı avtomobili vuraraq Şəki rayonunun Cuma kəndinin ərazisindən keçən Yevlax – Zaqatala – Gürcüstan avtomobil yolunun 70 – ci km – də ölümlə nəticələnən təkrar ağır yol nəqliyyat hadisəsi törətmişdir. Bununla yanaşı ” Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37- ci maddəsinin 4 – cü hissəsinin tələblərini pozaraq zərərçəkmişə yardım göstərmədən hadisə yerindən qaçmışdır. 25.05.2009- cu il tarixdə , Şəki rayon Polis Şöbəsinin istintaq bölməsində AR.CM-nin 263.2 maddəsi ilə fakt üzrə cinayət işi başlanmış , 16.07.2009- cu il tarixdə Rəcəbov Ayaz İman oğlu barəsində AR.CM-nin 263.2 və 264 – cü maddələri ilə ittiham elan edilərək haqqında həbs növündə qəti-imkan tədbiri seçilmişdir. Rəcəbov Ayaz İman oğlunun 24.05.2009 – cu il tarixdə 1saylı MTCM – nin rəisi M.Əsgərovun adına yazdığı qondarma ərizənin məzmunundan görünür ki, ailə üzvüləri onun yanına, yəni Xaçmaz rayonunda yerləşən 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsinə gəldiyi üçün , ona ailə üzvüləri ilə uzun müddətli görüş verilməsini xahiş etmiş , müəsisə rəisinin dərkanarı ilə ona 3 günlük görüş verilməsinə icazə verilmişdir. İşin əsas mahiyyəti isə ondan ibarətdir ki , Rəcəbov Ayaz İman oğlunun müəsisə rəisinin adına yazdığı görüş ərizəsi onun özü tərəfindən yazılmamış, cinayət hadisənin baş verməsini eşidən müəsisənin müdriyyəti formal olaraq ərizəni sonradan başqalarının xəttləri ilə (bir ərizədə üç nəfər kənar şəxsin xətti və imzası var) tərtib etdirərək, baş vermiş cinayət hadisəsinin tarixinə uyğunlaşdıraraq, özlərini suğortalamaq məqsədi güdmüşlər. Digər halda onun ailə üzvüləri ilə görüşü dislakasiya yerində nəzərdə tutulduğu və həmin vaxt onun ailə üzvüləri ilə görüşdə olmalı olduğu halda , dərhal dislakasiya yerindən uzaqlaşması, Bakı , Zaqatala , Bakı magistralı ilə nəqliyyat vasitəsini idarə etmə hüququndan 2 il müddətinə məhrum edildiyi və idarəetmə üçün əsas verən sənəd (etibarnamə) olmadan “Kamaz markalı ” avtomaşınla yük daşıması , nəticədə belə bir ağır cinayət hadisəsi törətməsi müəsisənin müdriyyəti və bu işə cavabdeh olan digər vəzifəli şəxslərinin bilavasitə öz işlərinə olan etinasız və səhlənkar münasibətinin nəticəsi deyilmi? Hətta 18 .08.2009- cu il tarixdə , hadisədən 3 (üç) ay sonra 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsinin əməkdaşları İlqar Murad oğlu Quliyev və Emin Sultan oğlu Şabanovun istintaqa vermiş olduqları ifadələrinin məzmunundan görünür ki, guya onlar baş vermiş bu cinayət hadisəsindən xəbərsiz olmuşlar və ümumiyyəylə cəzaçəkmə müəsisəsinə bu barədə məlumat daxil olmamışdır. Əgər belədirsə , müəsisədə cəza çəkən məhkumun cəzanın icrası yerini qanunsuz tərk edərək qanlı cinayət hadisəsi törətməsindən və azadlıqda gəzməsindən guya xəbəri olmayan müəsisə müdriyyəti və digər vəzifəli şəxslərinin bu ifadələri özlərini müdafiə etməklə bərabər, işlərinə olan səhlənkar münasibətlərinin göstərici deyilmi? Baxmayaraq ki, 1 saylı MTCM – si baş vermiş cinayət hadisəni ilk vaxtlar Ədliyyə Nazirindən gizlətmiş , ancaq Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinə məlumat verilmişdir, deməli məlumatları olmuşdur. Halbuki, Cənab Nazirin 2001 – ci il tarixli müvafiq əmrinə əsasən məhkumlar tərəfindən törədilmiş cinayət hadisələri barədə Ədliyyə Nazirinə və onun müavininə dərhal xüsusi məlumat verilməli idi. Onların görməmişik , bilməmişik , eşitməmişik sözlərinin heç bir əsası yoxdur, özlərini müdafiə etməkdən başqa bir şey deyildir.Mən bu fikirlərə tənqidi yanaşıram. Təqsirləndirilən şəxs Rəcəbov Ayaz İman oğlu istintaqa verdiyi ilkin ifadəsində cəzaçəkmə müəsisəsinin müdriyyətdən 1 ay müddətində icazə aldığını göstərsə də , Şəki RPİ – nin İB – nin müstəntiqi Müşviq Qasımov cəzaçəkmə müəsisəni məsuliyyətdən uzaqlaşdırmaq üçün həmin ifadəni cinayət işinin materiallarından çıxartmış , yerinə isə müəsisənin müdriyyəti ilə sonradan düzüb – qoşduğu razılzşdirılmış yeni ifadəsini alaraq cinayət işinin materiallarına əlavə etmişdir. Rəcəbov Ayaz İman oğlu iş materiallarına sonradan əlavə olunmuş yeni ifadəsində göstərmişdir ki,18.05. 2009 – cu il tarixdə müəsisə rəisindən 3 (üç) günlük icazə alaraq yaşadığı Bakı şəhərinin Qobustan qəsəbəsində yerləşən evlərinə gələrək ailə üzvüləri ilə görüşmüş , 2(iki) gündən sonra cəzaçəkmə yerinə qayıtmışdır. 24.05.2009 – cu il tarixdə müəsisə rəisindən yenidən icazə alaraq Bakı şəhərinə gəlmiş , cinayət hadisəsinin baş verməsinə qədər qalan hadisələr bundan sonra cəryan etmişdir. Hətta ifadəsində göstərmişdir ki , ailəm yanıma gəlməmişdi , ailəmin yanıma gəlməsini bəhanə edərək icazə alıb Bakı şəhərinə gəldim . Əgər Rəcəbov Ayaz İman oğlu öz ifadəsində göstərdiyi kimi 24.05.2009 – cu il tarixdə müəsisə rəisindən icazə alaraq Bakı şəhərinə getmişdirsə , onda ailəsinin onun yanına gəlməsi ilə əlaqədar uzun müddətli görüş almaq üçün müəsisə rəisinin adına yazılan ərizəyə nə ehtiyac vardı , orada olmayan və gəlməyən ailəyə necə müəsisə daxili görüş verilə bilərdi ? Bu yalançı ərizənin məqsədi qanunsuzluğu pərdələmək cəhdi deyildirmi? Rəcəbov Ayaz İman oğlu ailəsinin onun yanına gəlməsi bəhanəsi ilə yalançı görüş alırsa və dislakasiya yerini özbaşına tərk edib gedə bilirsə və onun bu yalanını ifşa edən yoxdursa , onda dövlətdən əmək haqqı alaraq müxtəlif vəzifələr tutan bu çoxsaylı kontingent nəyə , kimə lazımdır? “Kamaz – 5410 “ markalı avtomomaşının sahibi Ağayev Afiq Gülağa oğlu istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 15 may 2009 – cu il tarixdə Ayaz Rəcəbov ona yaxınlşaraq ış axtardığını söyləmiş , bundan sonra öz aralarında razılaşaraq “Kamazını“idarə etmək üçün ona vermişdir. Rəcəbov Ayaz İman oğlu 8 (səkkiz) gün ərzində hər dəfə 3 (üç ) günlük görüşlə Bakı şəhərində olmuşsa , onun cəza çəkdiyi 1 il ,5 ay 14 gündə neçə dəfə Bakını su yoluna döndərərək belə görüşlərə gəlmişdir görəsən? Rəcəbov Ayaz İman oğlu 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsində cəza çəkirdisə və cəzaçəkmə yerində olurdusa , onda cəzaçəkmə yerindən kənarda nə məqsədlə özünə iş axtarırmış ,“Kamaz”ı harada və necə sürəcəkmiş? Ümumiyyətlə Rəcəbov Ayaz İman oğlu cəzaçəkmə yerində olmamış , müdriyyətlə sövdələşərək cəzasının əvvəlindən Ağayev Afiq Gülağa oğluna məxsus olan “ Qoşqulu – Kamazla ” ölkənin hüdudlarına sement və.s. yük daşımaqla məşğul olmuşdur. Onun bu fəaliyyətlə məşğul olmasını həm yaşadığı qəsəbənin onu tanıyan sakinləri , həm də ondan daimi sement alan rayonların sement işi ilə məşqul olan alverçiləri də təsdiq etmişlər.Təkcə bunu cəzaçəkmə müəsisəsinin müdriyyəti və digər vəzifəli şəxslərinin , istintaq orqanı və məhkəmənin təsdiq etməməsi , bu xüsusatların araşdırılmasına xüsusi əhəmiyyət verilməməsi cəzaçəkmə müəsisəsini məsuliyyətdən uzaqlaşdırılması məqsədi daşımırmı? Təəssüf doğuran hal ondan ibarətdir ki , hər şeyin qanuni olduğunu söyləyən cəzaçəkmə müəsisəsinin əməkdaşları utanmasaydılar özlərini müdafiə etmək xatirinə az qala Ayaz Rəcəbovun törətdiyi ağır cinayət əməlinin də qanuni olduğunu söyləməkdəın belə çəkinməzdilər. İş üzrə toplanmış digər sübutlardan görünür ki , Rəcəbov Ayaz İman oğlunun hadisədən sonra istintaq orqanına təqdim etdiyi 03.07.2007-ci il tarixli sürücülük vəsiqəsini məhkəmə hökmünü qərəzli olaraq icra etməməklə ,Gəncə şəhər 2 saylı İT- da əvvəllər makinaçı , hazırda isə yeməkxana müdiri vəzifəsində işləyən işçisi Məmmədova Firunə Firudin qızı özgəsinə aid olan vəzifə səlahiyyətini mənimsəməklə 01.04.2008 – ci il tarixdə onlarla cinayət əlaqəsinə girərək hüquq verən rəsmi sənədi Rəcəbov Ayaz İman oğlunun adını gizlətdiyi qohumuna vermişdir. Onun əməlində AR.CM – nin 306 – cı, AR.CM – nin 310 – cu , AR.CM –nin 325 – ci maddələrinin tərkib hissəsi vardır. Sizin ünvanınıza bu şəxslərin cəzalandırılması barədə yazdığım ərizələr aidiyyatı üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə göndərilmiş , oradan isə bir qayda olaraq Əməliyyat Rejim İdarəsinin rəisi cənab İlham Cəfərov tərəfindən mənə 31.08.2009 ; 23.10.2009 – cu il tarixlərdə qissa məzmunlu cavablar verilmişdir. Cavab – 1.Sizin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ünvanına göndərdiyiniz ərizənizə aidiyyatı üzrə baxılmış və müvafiq araşdırmalar aparılmışdır. Nəzərinizə çatdırırıq ki , məhkum Rəcəbov Ayaz İman oğlu hadisə olan vaxt müəsisənin sabiq rəisi , ədliyyə polkovnik – leytenantı Mədət Əsgərov tərəfindən 24.05.2009 – cu il tarixdə ailəvi görüşə buraxılmış və görüşdə olarkən yol nəqliyyat hadisəsini törətmişdir. Qeyd olunanlar məlumat üçün sizə bildirilir. Cavab – 2.Sizin Ədliyyə Nazirliyinə ünvanladığınız eyni məzmunlu ərizənizlə əlaqədar , dəfələrlə müvafiq araşdırmalar aparılmış və nəticəsi barədə sizə məlumat verilməsi təmin olunmuşdur. Nəzərinizə çatdırırıq ki , məhkum Rəcəbov Ayaz İman oğlunun təkrarən cinayət hadisəsi törətməsinin səbəbləri araşdırılmış və cavabdeh xidmət sahələrinin əməkdaşları barəsində müvafiq tədbirlər görülmüşdür. Qeyd olunanlar bir daha məlumat üçün sizə bildirilir. Birinci Rəcəbov Ayaz İman oğlunun müəsisə rəisinin adına yazdığı ərizənin həqiqət olduğunu hesab etsək , ona müəsisə daxili , yəni 10 km. məsafəni əhatə edən ərazi daxilində nəzərdə tutulmuş görüş verilmişdir. Cinayət hadisəsi isə dislakasiya yerindən çox uzaqlarda baş verdiyindən , o həmin vaxt ərzində Bakıya , oradan isə Zaqatalaya gedə bilməzdi.( bir gün ərzində Kamaz tapmaq , müştəri axtarmaq , yük yığmaq və s.nəzərdə tutulur ) Deməli Ayaz Rəcəbov həqiqətən həmin vaxt cəzaçəkmə müəsisədə olmayıb.Onda hadisənin görüş vaxtı törədilməsi qənaətinə gəlinməsi kimi müdafiə etmək üçündür? Digər məktubun məzmununa gəlincə isə , məhkum Rəcəbov Ayaz İman oğlunun təkrarən cinayət hadisəsi törətməsinin səbəbləri araşdırılmış və cavabdeh xidmət sahələrinin əməkdaşları barəsində müvafiq tədbirlər görülmüşdür sözlərindən nə hadisənin hansı səbəbdən törədildiyini , nə də cavabdeh xidmət sahələrinin hansı əməkdaşlarının barəsində hansı müvafiq tədbirlər görüldüyü başa düşülmür. Məktubun məzmununda göstərilən dəfələrlə aparılmış araşdırmalardan mənim xəbərim yoxdur , çünki , mənə dəfələrlə deyil , cəmi iki dəfə cavab xatirinə cavab verilib. Çox hörmətli Cənab Nazir! Bu vəzifəli şəxslərin özlərini müdafiyə etmələri , başqalarının hüquqlarının pozulması naminə başa gəldiyinin fərqində deyillərmi görəsən? Mənim də öz dövlətimə , onun Prezidentinə , şəxsən Ədliyyə Nazirinə çox böyük hörmətim var. Ancaq hüquqi dövlət quruculuğuna qədəm qoyan Azərbaycanımızın qanunlarına da hər birimiz və hər bir kəs hörmətlə yanaşmlıdır. Bəs cinayət , bəs cəza necə olsun? Kimlərinsə qeyri hüquqi hərəkətləri nəticəsində başsız qalan ailələri , yetim qalan uşaqları kim müdafiə edəcək? Mənim qardaşım Həsənov Əhməd Yusif oğlu Xaçmaz rayonuna gedərək Rəcəbov Ayaz İman oğlunun yoluna çıxmamışdır, əksinə öz yolu ilə qanuni xidmət yerinə gedərkən Rəcəbov Ayaz İman oğlu Xaçmaz rayonunda yerləşən cəzaçəkmə yerindən yayınaraq Şəki rayonunun Cumakənd kəndində onun yoluna çıxmış və ölümü ilə nəticələnən ağır cinayət hadisəsi törətmişdir. Mən hamıdan soruşuram , Xaçmaz rayonunda yerləşən 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsində cəza çəkən bir məhkumun orada nə işi vardı , kim tərəfindən buraxılmış , kim tərəfindən sürücülük vəsiqəsi cibinə qoyulmuş , kim tərəfindən və hansı hüquqla avtomaşın sürməyə icazə verilmiş və etibarnamə olmadan Bakıdan Zaqatalaya qədər olan böyük bir məsafəni kimin himayədarlığı ilə qət edə bilmişdir? Bu qədər qanun pozucusunu müdafiə edən kimlərdir? Mən zərərçəkənin qanuni varisi kimi yazdığım ərizələrdə heç kimdən borc pul istəmirəm , sadəcə qardaşımın qanına bais olmuş bu şəxslərin cəzalandırılmalarını istəyirəm. Azərbaycan hüquqi dövlətdir , mən də bu dövlətin vətəndaşı kimi , ailəmizin düçar olduğu bu ağır faciədən bəhrələnənlərlə, bir ailəni başsız , dörd azyaşlı uşağı atasız qoyanlarla hüquqi mübarizə aparıram. Mən qardaşımı , illərdən bəri Azərbaycan dövləti üçün çalışan bir qanun adamını bu qanunsuzların qeyri – hüquqi əməllərinə satmalı , qurban vertməli deyiləm ki? Mənim yerimə kim olsa bu mövqeydə olmazdımı? Sizin belə qanunsuzluqlara qarşı barışmaz olduğunuzu , bu qanunsuzluqları törədənlərlə hər an mübarizə apardığınızı hər birimizin bildiyi halda , bəzi vəzifəli şəxslər, o cümlədən istintaq və məhkəmə orqanları cəzaçəkmə müəsisəsinin və istintaq təcridxanasının müdriyyəti və digər vəzifəli şəxslərinin cəzalandırılmasnın Ədliyyə Nazirliyinin adına xələl gətirəcəyini söyləyərək , bu qanun pozucularını Ədliyyə Nazirindən ayıbdır pərdəsi ilə pərdələyərək cəzasız qalmalarına şərait yaradırlar. Siz deyin bu qanun pozucularının Ədliyyə Nazirliyinə nə aidiyyatı var axı? Hər vəzifəli şəxs cinayət törətmiş oz dostunu , hər baş idarə cinayət törətmiş oz idarəsini müdafiə etsə onda cəzasızlıq baş alıb getməzmi , ölkənin dayaqları belə cinayətkarların əlində sarsılmazmı? İnsan ölümünə , onun ailəsinin kədərinə çox soyuq , etinasız münasibət göstərən , əlverişsiz vəziyyətdə qoyan , insan və vətəndaş hüquqlarını , qanunvericiliyin tələblərini bilərəkdən, qəsdən pozan bu şəxslərin cəzasız qalması nə Allaha , nə də onun yaxşı bəndələrinə xoş getməz. Odur ki , yuxarıda göstərilənləri bir daha nəzərinizə çatdıraraq bu cinayət hadisəsini nəzarətə götürməyinizi , bu cinayət hadisəsinin baş verməsində təqsiri olan 1 saylı MTCM – si və 2 saylı Gəncə İT –nın müdriyyəti və digər vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilmələri barədə müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirəm. Bütün bunları qəzet vasitəsi ilə yazmağa məcburam , çünki , məktub sahibinə yetişmir ...