Ana səhifə | Media | 18/06/10 “Reket”lər Mətbuat Şurasına müraciət ediblər

18/06/10 “Reket”lər Mətbuat Şurasına müraciət ediblər

image

Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının və Şuranın tərkibində fəaliyyət göstərən «apellyasiya qrupu»nun birgə iclası keçirilib. Mətbuat Şurasından RİA-ya verilən məlumata görə,

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru, komissiya və qrupun rəhbəri Vüqar Rəhimzadə iclası açaraq bildirib ki, milli mətbuatın 135 illiyinin respublikada miqyasında keçirilməsi ilə bağlı ölkə prezidenti müvafiq sərəncam imzalayıb. Yubileylə əlaqədar MŞ-yə çoxsaylı müraciətlər daxil olmaqdadır. Müraciətlərin bir qismi Şura tərəfindən «reket nəşr» elan olunaraq «qara siyahı»ya salınmış qəzet və jurnalların təsisçiləri və baş redaktorlarındandır.

Onlar öz fəaliyyətlərində dönüş yaradacaqlarını və bundan sonra «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinə sayğısız yanaşmayacaqlarını bildirərək Şuradan «qara siyahı»dan çıxarılma ilə əlaqədar müvafiq ölçü götürməyi xahiş edirlər. MŞ İdarə Heyəti sonuncu iclasında bu müraciətlərin dəyərləndirilməsini «apellyasiya qrupu»na həvalə etmişdi. Bunun əsasında Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar «qara siyahı»dakı KİV-lərin bir qisminin bağışlanaraq oradan çıxarılması üçün yeni prinsip və şərtlərin müəyyənləşdirilməsi dayanıb.  

İclasda qrupun üzvlərindən millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas məsələ ətrafında fikir və mülahizələrini səsləndiriblər. Bildirilib ki, adları «qara siyahı»ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»da əksini tapıb. Lakin bu dəfəki bağışlanma yubileylə bağlı və əhv şəklində həyata keçirildiyindən istisna hal kimi yeni şərt və prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb. İclasda həmin prinsip və şərtlər dəqiqləşdirilib. Bunların əsasında milli mətbuatın yubileyi ərəfəsində KİV-lər «qara siyahı»dan çıxarılacaq və ya orada saxlanılacaq. Ümumilikdə son qərar isə MŞ İdarə Heyəti tərəfindən veriləcək.




© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb