12/06/10 Jurnalist, publisist Mailə Muradxanlı vəfat edib
Bu gecə məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı və respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı vəfat edib. O. bu gün Maştağa kənd qəbiristanlığında torpağa tapşırılıb.
Maliə Muradxanlının kəskin leykoz xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. Mərhumun yaxınlarının ANS PRESS-ə verdikləri məlumata görə, onun qan xəstəliyi var imiş. Son günlər ayaqları şişdiyinə görə, dərman qəbul edib. Dərman mədəsini deşib. 5 gün öncə B. Eyvazov adına Hemotologiya və Qan Köçürmə Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Elə həmin xəstəxanada müayinə zamanı qanında leykoz aşkarlanıb (Qan xərçəngi).
B. Eyvazov adına Hemotologiya və Qan Köçürmə Elmi-Tədqiqat İnstitutun həkimi Səfa Eminovanın ANS PRESS-ə verdiyi məlumata görə, M.Muradxanlı iyun ayının 7-də Kliniki Tibbi Mərkəzə aparılıb.
“O, mədə-bağırsaq qanaxması diaqnozu ilə xəstəxanaya gətirilib. Burada aparılan araşdırmalardan sonra onda kəskin leykoz xəstəliyi aşkarlanıb, yəni ona kəskin leykoz, M2 (Mieloblast variant) diaqnozu qoyulub. Əvvəlсə vəziyyəti imkan vermədiyi üçün onun Hemotologiya və Qan Köçürmə Elmi-Tədqiqat İnstitutuna köçürtmək mümkün olmayıb. O, yalnız dünən axşam saatlarında bura gətirildi və gecə saat 02:00 radələrində rəhmətə getdi”.
Mərhumla vida mərasimi bu gün saat 15:00 radələrində yaşadığı evin qarşısında olacaq. O Maştağa qəbirstanlığında dəfn ediləcək.
1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olan Muradxanlı filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində bir çox redaksiyalarda rəhbər vəzifələrdə çalışıb. "Azərbaycan" və "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm yazılar yazıb.
Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir.
O, 1946-cı ildə ailəsi ilə birgə Bakıya köçüb. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirib. ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirən Muradxanlı əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb. Daha sonra redaktor, ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət və bədii ədəbiyyat şöbələrində müdir, ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb. Ədəbi aləmə Sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub. Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında tamaşaya qoyulub. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin ilə bir neçə pyesi Azərbaycan dilinə çevirib. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub.
Allah rəhmət eləsin!
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh