11/06/10 Səfurə Əlizadə İsveçdə ali təhsil almaq istəyir
sabahdan onun artıq ciddi iş qrafiki başlayacaq. Belə ki, Səfurə Əlizadənin beş illik müqavilə imzaladığı İsveç şirkəti artıq müğənninin iki aylıq iş qrafikini müəyyənləşdirib. Səfurə Əlizadə iyunda Avropa turu çərçivəsində Bosniya və Hersoqovina, Almaniya və Xorvatiyaya səfər edəcək. İyulda isə Türkiyə, Çernoqoriya, Polşa, İsveç və Almaniyaya səfəri olacaq. Müğənninin sadalanan bütün ölkələrdə konsertinin keçirilməsi nəzərdə tutulur. İyulun 23-də Səfurə Əlizadə İsveçdə işıq üzü görəcək albomunun təqdimatını keçirmək niyyətindədir. Müsabiqə təmsilçisinin Bakıdakı ilk konsertinin isə sentyabr və ya oktyabr aylarında keçirilməsi planlaşdırılır.
Səfurə Əlizadə bildirib ki, əgər o, Azərbaycanda ali məktəblərə qəbul üçün keçiriləcək imtahanlarda iştirak edə bilməsə və həmin vaxt ölkədə olmasa, o zaman İsveçdə ali təhsil alacaq: “Qəbul imtahanlarında iştirak etmək istəyirəm. Sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənniliyi fakültəsinə vermək istəyirəm. Ancaq əgər mən burada qəbul imtahanlarına çata bilməsəm, o zaman artıq İsveçdə ali təhsil alacağam. İsveçdə aktyor və rejissor sənəti üzrə ali təhsil almaq üçün mənə təklif də gəlib. Elə bu təklifi dəyərləndirəcəyəm. Çünki mənim bu müddət ərzində işlərim çox olub və üç aya yaxın kitab oxumağa imkanım olmayıb”.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh