27/10/09 “Eurovision” müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edilib
2010-cu ilin mayında Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edilib. Avropa Yayım Birliyinin (EBU) qərarına əsasən artıq tamaşaçılar səs vermək üçün
çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmayacaqlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin sms nömrəsinə səs göndərə biləcəklər.
“Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius bildirib ki, yeni səsvermə qaydası daha məntiqlidir: “Düşünürük ki, ifanı dinləyə-dinləyə səs verə bilmək daha yaxşıdır. Bir çox milli seçimlərdə bu təcrübədən istifadə edilir və təcrübə göstərir ki, bu tip səsvermə daha uğurla həyata keçirilə bilər. Eyni zamanda yeni qayda səsvermə zamanı sistemin yüklənməsinin qarşısını alacaq”.
Qeyd edək ki, “Eurovision” müsabiqəsinin səsverməsinin təşkili və səslərin toplanması üçün EBU 2004-cü ildən etibarən Almaniyanın “Digame” şirkəti ilə əməkdaşlıq edir.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh