Ria.Az | Reporter İnformation Agency: 28/06/10 “Salnamə” Hüseynbala Əliyev haqqında sənədli film çəkir 28/06/10 “Salnamə” Hüseynbala Əliyev haqqında sənədli film çəkir ================================================================================ Baş Redaktor on 28/06/2010 RİA-nın məlumatına görə, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmovdur. Film sənədli olsa da, bədii səhnələrlə zəngindir. Qəhrəmanın uşaqlıq və gənclik dövrünü Sankt-Peterburqdan olan aktyorlar canlandıracaqlar. Çəkilişlər hər iki şəhərdə aparılır. İki dildə olacaq filmin rus variantı iyulun axırında, Azərbaycan variantı isə avqustda tamaşaçılara təqdim ediləcəkdir. Qeyd edək ki, Hüseynbala Əliyev 1918-ci ildə Bakıda anadan olub. Leytenant Hüseynbala Əliyev Leninqrad səmasında 10-dək faşist təyyarəsini məhv edib. Müharibədə qəhrəmancasına həlak olan Hüseynbala Əliyev Lenin ordeni ilə təltif edilən ilk döyüşçüdür. Ria.Az