28/06/10 “Salnamə” Hüseynbala Əliyev haqqında sənədli film çəkir
RİA-nın məlumatına görə, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmovdur. Film sənədli olsa da, bədii səhnələrlə zəngindir.
Qəhrəmanın uşaqlıq və gənclik dövrünü Sankt-Peterburqdan olan aktyorlar canlandıracaqlar. Çəkilişlər hər iki şəhərdə aparılır. İki dildə olacaq filmin rus variantı iyulun axırında, Azərbaycan variantı isə avqustda tamaşaçılara təqdim ediləcəkdir.
Qeyd edək ki, Hüseynbala Əliyev 1918-ci ildə Bakıda anadan olub. Leytenant Hüseynbala Əliyev Leninqrad səmasında 10-dək faşist təyyarəsini məhv edib. Müharibədə qəhrəmancasına həlak olan Hüseynbala Əliyev Lenin ordeni ilə təltif edilən ilk döyüşçüdür.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh