Ria.Az | Reporter İnformation Agency: 15/07/09 Qadınlar nə istəyir? 15/07/09 Qadınlar nə istəyir? ================================================================================ Baş Redaktor on 15/07/2009 Qırmızı bir paltar istəyirəm. İstəyirəm nazik, ucuz və dar-düdük olsun. İstəyirəm birisi onu əynimdən cırıb çıxarana kimi onu geyinim. İstəyirəm qolsuz və dekolte olsun, yəni heç kəs tapmaca tapmasın ki, onun altında nə var. İstəyirəm pəncərəsində açarların parıldadığı Triftinin maşın kirayəsi və dəmir məmulatı dükanının, Vonq ailəsinin dünəndən qalmış ponçiklər satdığı kafelərinin, Querra qardaşlarının hamar burunlu donuzları çiyinlərinə qaldırıb yük maşınından arabalara tolazlayarkən onların yanından keçim. İstəyirəm elə keçim ki, sanki dünyada yeganə qadın mənəm və istədiyim adamı seçə bilərəm. Mən o qırmızı paltarı dəhşət istəyirəm. Mən o paltarı sənin mənim barəmdə olan ən pis qorxularını təsdiqləmək üçün istəyirəm. Mən o paltarı sənin məni nə qədər az maraqlandırdığını və istədiyim şeylərdən başqa məni heç nəyin maraqlandırmadığını sənə göstərmək üçün istəyirəm. O paltarı tapanda doğuş və sevgi çığırtıları ilə dünyaya gələn, ruhumu içində daşıyacaq cismi seçirmiş kimi onu asılqanından dartıb çıxaracağam. Və mən onu sümüklərim kimi, dərim kimi geyəcəyəm. Məni o lənətə gəlmiş paltarın içində basdıracaqlar.