Ana səhifə | Mədəniyyət | Ədəbiyyat | 15/07/09 Qadınlar nə istəyir?

15/07/09 Qadınlar nə istəyir?

Qırmızı bir paltar istəyirəm. 
İstəyirəm nazik, ucuz və dar-düdük olsun.
İstəyirəm birisi onu əynimdən cırıb çıxarana kimi onu geyinim. 
İstəyirəm qolsuz və dekolte olsun, 
yəni heç kəs tapmaca tapmasın ki, onun altında nə var. 
İstəyirəm pəncərəsində açarların parıldadığı 
Triftinin maşın kirayəsi və dəmir məmulatı dükanının,
Vonq ailəsinin dünəndən qalmış ponçiklər satdığı kafelərinin, 
Querra qardaşlarının hamar burunlu donuzları çiyinlərinə qaldırıb 
yük maşınından arabalara tolazlayarkən onların yanından keçim.
İstəyirəm elə keçim ki, sanki dünyada yeganə qadın mənəm 
və istədiyim adamı seçə bilərəm. 
Mən o qırmızı paltarı dəhşət istəyirəm.
Mən o paltarı sənin mənim barəmdə olan
ən pis qorxularını təsdiqləmək üçün istəyirəm.
Mən o paltarı sənin məni nə qədər az maraqlandırdığını 
və istədiyim şeylərdən başqa 
məni heç nəyin maraqlandırmadığını sənə göstərmək üçün istəyirəm.
O paltarı tapanda doğuş və sevgi çığırtıları ilə dünyaya gələn, 
ruhumu içində daşıyacaq cismi seçirmiş kimi onu asılqanından dartıb çıxaracağam. 
Və mən onu sümüklərim kimi, dərim kimi geyəcəyəm.
Məni o lənətə gəlmiş paltarın içində basdıracaqlar.






© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb