Ria.Az | Reporter İnformation Agency: 12/06/10 Üzeyir Hacıbəyovun oxuculara məlum olmayan əsərləri dərc edilib 12/06/10 Üzeyir Hacıbəyovun oxuculara məlum olmayan əsərləri dərc edilib ================================================================================ Baş Redaktor on 12/06/2010 Bu barədə RİA-ya Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, tədbir 16 iyun 2010-cu il tarixdə saat 11.00-da Bakının «Ambassador» otelində baş tutacaq. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü, «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə keçiriləcək mərasimdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media mütəxəssislərinin, alim və ziyalıların iştirakı nəzərdə tutulur. Qeyd edək ki, Bakı «Elm» Nəşriyyatında buraxılmış ikicildlikdəki əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi və lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovdur. Kitablar «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)» və «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və «redaktə» edilmiş əsərləri (1915-1917)» adlanır. İkicildlik ustad sənətkarın anadan olmasının 125 illiyinə həsr olunub. Ria.Az