Ana səhifə | Mədəniyyət | 12/06/10 Üzeyir Hacıbəyovun oxuculara məlum olmayan əsərləri dərc edilib

12/06/10 Üzeyir Hacıbəyovun oxuculara məlum olmayan əsərləri dərc edilib

Bu barədə RİA-ya Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, tədbir 16 iyun 2010-cu il tarixdə saat 11.00-da Bakının «Ambassador» otelində baş tutacaq.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü, «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə keçiriləcək mərasimdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media mütəxəssislərinin, alim və ziyalıların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Bakı «Elm» Nəşriyyatında buraxılmış ikicildlikdəki əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi və lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovdur. Kitablar «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)» və «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və «redaktə» edilmiş əsərləri (1915-1917)» adlanır.  İkicildlik ustad sənətkarın anadan olmasının 125 illiyinə həsr olunub.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb