Ria.Az | Reporter İnformation Agency: 12/06/10 Cəzaçəkmə müəssisəsində sərgi keçirilib 12/06/10 Cəzaçəkmə müəssisəsində sərgi keçirilib ================================================================================ Baş Redaktor on 12/06/2010 əməkdaşları ilə yanaşı, Azərbaycanda insan haqları sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib. Sərginin açılış mərasimində çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov son illər ədliyyə sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O, ədliyyə sisteminin müasirləşdiyini, müasir standartlara cavab verən cəzaçəkmə müəssisələrinin inşa olunduğunu, məhkumların vaxtlarını səmərəli keçirməsi üçün lazımi şəraitin yaradıldığını bildirib: “Bu gün məhkumların hazırladığı müxtəlif əl işləri 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində ilk dəfə olaraq sərgilənir. Bu da onu göstərir ki məhkumlar boş vaxtlarını yaradıcılıq işlərinə sərf edirlər”. Daha sonra sərgidə müxtəlif cəzaçəkmə müəssisələrindən məhkumların hazırladıqları müxtəlif əşyalar, mücrülər, nərd, gəmi modeli və bəzək əşyaları, təsbeh nümunələri, rəsmlər, mebel əşyaları, toxuma əl işləri nümayiş olunub. Tədbir iştirakçıları cəzaçəkmə müəssisəsində məhkumlar üçün yaradılan şəraitlə də tanışlıq imkanı qazanıblar. Daha sonra həbsxananın kompüter kursunu bitirmiş məhkumlara sertifikatlar təqdim olunub. Ria.Az