Ana səhifə | Mədəniyyət | 12/06/10 Cəzaçəkmə müəssisəsində sərgi keçirilib

12/06/10 Cəzaçəkmə müəssisəsində sərgi keçirilib

əməkdaşları ilə yanaşı, Azərbaycanda insan haqları sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov son illər ədliyyə sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O, ədliyyə sisteminin müasirləşdiyini, müasir standartlara cavab verən cəzaçəkmə müəssisələrinin inşa olunduğunu, məhkumların vaxtlarını səmərəli keçirməsi üçün lazımi şəraitin yaradıldığını bildirib: “Bu gün məhkumların hazırladığı müxtəlif əl işləri 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində ilk dəfə olaraq sərgilənir. Bu da onu göstərir ki məhkumlar boş vaxtlarını yaradıcılıq işlərinə sərf edirlər”.

Daha sonra sərgidə müxtəlif cəzaçəkmə müəssisələrindən məhkumların hazırladıqları müxtəlif əşyalar, mücrülər, nərd, gəmi modeli və bəzək əşyaları, təsbeh nümunələri, rəsmlər, mebel əşyaları, toxuma əl işləri nümayiş olunub.

Tədbir iştirakçıları cəzaçəkmə müəssisəsində məhkumlar üçün yaradılan şəraitlə də tanışlıq imkanı qazanıblar. Daha sonra həbsxananın kompüter kursunu bitirmiş məhkumlara sertifikatlar təqdim olunub.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb