Ria.Az | Reporter İnformation Agency: 02/11/09 Fəxrəddin Manafov Hindistanda 12 seriyalı filmə çəkilir 02/11/09 Fəxrəddin Manafov Hindistanda 12 seriyalı filmə çəkilir ================================================================================ Baş Redaktor on 02/11/2009 Rusiyanın istehsalı olan bu filmdə azərbaycanlı aktyor plastik cərrah rolunu canlandıracaq. Filmdə Fəxrəddin Manafovun qızı rolunda Hindistanda “Miss -2008” seçilmiş bir qadın çəkilir. Filmdə eyni zamanda məşhur rusiyalı aktyor Marat Başarov da çəkilib. Filmin Moskvadakı çəkilişləri artıq baş tutub, bu ay isə Hindistanda serialın son çəkilişləri aparılacaq. Fəxrəddin Manafovun Hindistana səfəri noyabrın 9-dan 23-dək davam edəcək. Bu səfəri başa vurduqdan dərhal sonra isə aktyor Praqaya səfər gedəcək. Ria.Az