Ana səhifə | Köşə | 01/05/09 Terrora Qurban Olanlar

01/05/09 Terrora Qurban Olanlar

Məncə, bunun üçün uzun-uzadı izhatlara ehtiyac yoxdur. Qısaca olaraq faciənin nə qədər ağır olduğunu dərk etmək üçün bir məqama diqqəti yönəltmək kifayətdir. Hörmətli məmurlarımız, özünüzü bir anlıq həmin validyenlərin yerində təsəvvür edin. Təsəvvür edin ki, səhər hər şeydən, bəlkə də Vətənimizdən də çox sevdiyiniz əzizi-xələflərinizi məktəbə yola salırsınız və üstündən iki saat keçməmiş ölüm xəbərini alırsınız. 

Allah uzaq eləsin. Bir valideyn olaraq mən belə bir şeyi nə sizə nə də düşmənlərimizə arzulayıram. Amma bu faktdır ki, Azərbaycanın ən iri təhsil müəssisəlirndən birinə günün günortaçağı əli silahlı bir və ya bir neçə şəxs daxil olur və çox sərbəst şəkildə qarşısına çıxın hər kəsi qanına qəltan edir. Heç kəs də bunun qarşısını ala bilmir. Yalnız başqa şeylərdə çevik olan polislərimiz isə iş-işdən keçəndən sonra, qatilin bəlkədə etdiyi əməlin nə qədər ağır olduğunu yerə uzatdığı meyitləri və yerdə çapalayan qurbanlarını sayandan sonra dərk edib, ömürlük həbsxanada yatacağını və ya əməlinin motivini izah edənə qədər dərisinin soyulacağından qorxaraq öz təpəsinə güllə çaxandan sonra hadisəyə müdaxilə edir. 

Beləliklə də nə siz məmurlarımız, nə də biz vətəndaşlar hadisənin moitvindən xəbədar oluruq. Yalnız uzun-uzadı siyasi müzakirələrdən sonra nəyin uydurulacağını gözləyirik. Sözüm onda deyil, sözüm ondadır ki, bu hadisə Azərbaycanda insan həyatının nəinki terrorçulardan, heç sizdən də sığortalanmadığını, bu hadisə vətəndaşların təhlükəsizliyinin məsuliyyətini daşıyanların nə qədər məsuliyyətsiz oldğunu göstərdi. 

Tələbələr terrorun qurbanı oldu. Bunun üçün doğru-yalan bir şeylər uydurulacaq. Bəlkə də cinayətkar əlini-qolunu sallayıb Bakı küçələrində rahzatca gəzib, növbəti qurban axtarışında olarkən hansısa bədbəxtin dərisini soyub cinayətin sifarişçisi olduğu boynuna yuklənəcək. Axı bizdə adətən belə olur. Cinayətlər faktlarla deyil, işgəncələrlə, dəyənklərlə və şampan “butulka”ları ilə “açılır”.  

Sözüm heç bunda da deyil. Bu da sizin fərasətinizdi. Sözümün canı odur ki, bu hadisələr hər hesabat dövründə Azərbaycanda kriminogen durumun sabitliyi barədə deyilənlərin yalnız muzdulu jurnalistlər tərəfindən yazlımış və sizin tərəfinizdən səsləndirilən heç bir fakta söykənməyən boş sözlər olduğunu göstərdi. 

Bu, həm də bir daha onu təsdiqlədi ki, “Təhlükəsiz şəhər” adı ilə külli miqdarda vəsait xərcləyib küçələrə quraşdırılan kameralar, guya ki, cinayətlərin üstünün çevik olaraq açılmasına, əslində isə yol polislərinin Sizlərin cibini doldurmasına xidmət edir. 

Vətəndaşların təhlükəsizliyi isə Sizi qətiyyən naraht etmir. Sizi özünüz, yaxınlarınız və mülkləriniz düşündürür. Villalarınızın ətrafından tutmuş, hərəkət etdiyiniz marşruta qədər kamera düzmüsüz. Amma bu boyda təhsil müəssisələrinin, səhiyyə ocaqlarının birində də bir kamera yerləşdirilməyib. Niyə? 

Bu sualın cavabını mən verməli olsaydım, deyərdim ki, Sizin üçün bu dövlətin təbii sərvətləri kimi, vətəndaşları da gəlir mənbəyidir. Onların həyatının təhlükəsizliyi isə Sizi düşündürmür. Əgər düşündürsəydi minlərlə tələbənin küçələrə axışıb terror qurbanı olmuş dostlarının xatirsinə matəm elan olunması tələbinə ehtiyac olmazdı. 

Amma təəssüf ki, mən bu suala cavab vermək iqtidarında deyiləm. 

Amma Sizə tövsiyə edirdim ki, gəlirlərinizin azalmaması üçün heç olmazsa gəlir mənbələrinizi qoruyun. Yoxsa dünyanı büryüyən iqtisadi böhrandan necə çıxarsınız?! Düşünürsünüz ki, məmur maaşınız əzizi-xələflərinizin gündə bir müğğənni ilə mazaqlaşmasının müqabilində onlara yeni model avtomobillər, villalar hədiyyə etməsinə bəs eləyər?! Məncə yox. Ona görə də gəlir mənbələrinizi qopruyun ki, əzizi-xələfləriniz korluq çəkməsinlər. 

Əgər mənim fikirlərimlə razı deyilsnizsə, o zaman izah eləyin, ölkədə onlarla ailəni yasa bürüyən faciə baş verib, amma bir günlük də olsun matəm elan olunmur. Əksinə, nəzarətinizdə olan televiziyalar, radiolar şou proqramlarına yeni çalarlar qatırlar. Faciə qurbanlarının ruhuna hörmətsizlik edilir. Niyə? 

P.S. Özünüzü faciə qurbanlarının yerində təsəvvür edin ki, sualın cavabını tapasınız.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (3 Göndərildi):

Xəyalə Ələkbərova Davam edin 12/05/2009
avatar
Camlələrinizin sonunda kı "Nİyə" suallarınıza cavabım nə qədər qane edici olacaq bilmirəm amma yazmadan da keçə bilməyəcəm.Niysəi odur ki, unutdurmaq istəyirlər,unudulsun yaddaşlardan silinsin deyirlər.Axı sabah ,digər günlər hər kəsin yaddaşından silinə bilər bəs anaların, bacıların?Onlarında ürəyindən silə biləcəksinizmi?Biz ki, unutqan xaqlıq nələri unutmadıq unutmağa da hazır deyilik?
Baş Redaktor Davam edin 12/05/2009
avatar
Məncə heç nə unudulmur və yaddan çıxmır. bu faciə də unudulan deyil. nə qədər ki, Net Akademiyası var, nə qədər ki, hadisənin canlı şahidləri həyatdadır milyonlar bu hadisəni daim xatırlayacaq, yad edəcək. Daim də bu hidisənin əsl qiymətini verməyənlər lənətlənəcəklər.
İndi də yeni bir versiya, daha doğrusu bəzi şayiələr rəsmi şəkildə təsdqlənir. Demə Fərda Qədirov dəli imiş. :))) Çox gülməlidi.İstintaq orqanlarına rəhbərlik edən şəxslərin açıqlamaları bir-birin təxzib edir. Gah deyirlər ki, Fərda silahı Tiflisdə mağazadan alıb, hətta evindən silahın sənədini də tapıblar. Amma bir şeyi unudurlar ki, gürcüstanda xətir-hörmətlə heç kəsə silah vermirlər. Onda da anormal birinə. Silah almaq üçün insan psixoloji durumu normal olmalıdır, bununla bağlı həkim rəyi olmalıdır ki, o adamın silah gəzdirməsinə icazə verilsin. Əgər fərda anormal adam idisə, dəli idisə, görəsən o silahı necə alıb? Əziyyət deyilsə, istintaq bu sualın da cavabını versin və Gürcstanın Daxili İşlər nazirliyinə rəsmi sorğu ilə müraciət etsin.
Xəyalə Ələkbərova Davam edin 12/05/2009
avatar
Bu gün o hadisə çox kəsin heç umrunda belə deyil.Əksinə deyib gülməyi şadlıq etməyi hətda "Gül bayramı" qeyd edəcək qədər.Hansı günümüzə bayram ediriksə daha.
Nə yalan deyilən heç bir sözə inanmıram hətda deyiləcək sözlərə belə.Bu faciə baş verəndən bəri hər kəs gücü çatandan qurub quraşdıracağından bir nağıl danışır.Öləni mühakimə etmək asandır.
Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb