Ria.Az | Reporter İnformation Agency: 05/08/09 Haqsızlığın Qurbanı 05/08/09 Haqsızlığın Qurbanı ================================================================================ member on 05/08/2009 Yəqin ki, Daxili İşlər Nazirliyi bu gün belə bir xəbər yayacaq: “Avqustun 5-də gecə saat 1 radələrində Bakının Müşfiqadad qəsəbəsində Gürcüstan vətəndaşı, 1971-ci il təvəllüdlü İsayev Ramiz Əhməd oğlu ürək tutmasından vəfat edib”. Amma Daxili İşlər Nazirliyi onun ölmünün səbəblərini yazmayacaq. Yazmayacaq ki, Ramiz İsayev ədalətsiziliyin, haqsızlığın, fırıldağın qurbanı oldu. Yazmayacaq ki, hansısa məmurun şirkətini idarə edən Cəmaləddinlər, əslən əfqan millətindən olan, Azərbaycanda alıb-aldatmaqda, kələk gəlməkdə, fəhlələri qul kimi işlədib haqqını yeməkdə, qanunsuz miqrantların ölkəyə soxulmasında bir başa əli olan Əzim kimi qulbeçələr öldürdü onu. Haqqında bəhs etdiym Ramiz İsayevlə 10 ildən çox olardı qohum idik. Amma bir-birimizin nə üzünü görmüşdük, nə də münasibətlərimiz vardı. Haqqında çox eşitmişdim. Ondan danışanlar, istiqanlı, mehriban, qohuma canı yanan yaxşı bir oğlan kimi təsvir edirdilər. Tale elə gətiridi ki, o istiqanlı, qohumcanlı oğlanla iki il əvvəl, digər soydaşlarımız kimi, Gürcüstandakı işsizlikdən Vətən hesab etdikləri Azərbaycana pənah gətirəndə tanış olduq. Azərbaycandakı işsizlikdən Rusiyaya pənah aparan qohumlarmızdan birinin evində məskunlaşdı. Çox keçmədən Azərbaycanda mərmər ustası kimi məhşurlaşdı. Bakının bir çox məhşur restoranlarında, Şıx çimərliyindəki turizm obyektlərində, Azərbaycanın birinci şəxsinin qohum-əqrabalrından başlamış, beşinci-onuncu şəxslərinin villalarında iz qoydu. Bakının keçmiş Musabəyov parkına naxış vurdu. Amma hər yerdə haqqı tapdandı. Zəhmətinin bəhrəsini almaq üçün günlərlə süründü, əsbiləşdi, stress keçirdi. Sonuncu stress isə onunun həyatına son qoydu. Bir övlad həsrəti ilə yaşadı Ramiz. On ildən çox idi evli idilər. Qazancını həkimlərə tökərək canından artıq sevdiyi xanımna bir övlad bəxş etmək istəyirdi. O da yarım qaldı. Əmək haqqını alıb Tiflisə müalicələrini davam etdirməyə getmək istəyirdi. Əzim kimi qulbeçələr isə günü-günə satmaqla son günə apardılar onu. Bizim tanşılğımız və dostluğumuz da o Bakıya gəldikdən sonra başlamışdı. Dar günümün dostu oldu. Elə bir dost ki, işdən evə gələrkən birinci mənə baş çəkmək, həyətdəki kafedə oturub kəklikotulu çay içə-içə dərdləşmək, gələcəyə bağlı palanlar qurmaq bir adət halını almışdı. Sonuncu gün də həmin günlərdən biri oldu. Həmin gün işə getməmişdi. Axşamtərəfi zəng elədi: “Aya nağayrırsan öydə, işin qurtarıfsansa düş aşağı bir az dərddəşək, ürəyim partıdı öydə oturmaxdan”. Dedim düş gəl məhləyə beş dəqiqəyə mən də düşürəm. Heç beş dəqiqə keçmədi qapı döyüldü. O idi. Əynimi dəyişib həyətə düşdük. Həmişəki kimi söyüd ağıcının altında oturduq. Ordan-burdan söhbət elədik. Dedi ki, əvvələr işlədyi bir nəfər ona Almaniyada iş təklif edib. Amma tərəddüd edir. Dilə tutdum ki, çıx get, belə fürsət ələ düşməz. “Aya səni qoyum hara gedim. Əgər sən getsən gedərəm”. Razılaşdıq. Həmin adama zəng elədi. Dedi ki, sabah saat 12-də pasportlarınızı gətirin ayın sonu yola düşürük... Mağazadan çörək alıb onlara qalxdıq. Birlikdə şam elədik. Saat 11-ə qamış evə qayıtdım. Heç bir saat keçməmişdi yoldaşı zəng elədi: "Ramiz özündə deyil, deyir ki, Zülü özünü yetirsin". Çıxmamışdan əvvəl təcilə yardıma zəng elədim, telefonu götürən olmadı. Fikirləşdim ki, yəqin çağırıblar. Amma dostum təcili yardıma zəng etməyə qoymayıb ki, "Zülünü çağır". Otağa girəndə üzüqoylu çarapayıda uzanmışdı. Qonşular isə təcili yardımla uğraşırdılar. Çevirib səslədim, gözlərini açıb gözlərimə baxdı və son nəfəsini aldı... Təcili yardım gələndə isə həmişəki kimi gec idi... Zülfüqar