Ria.Az | Reporter İnformation Agency: 16/09/09 Azərbaycan əhalisinin pul gəlirləri artıb 16/09/09 Azərbaycan əhalisinin pul gəlirləri artıb ================================================================================ Oruc Mustafayev on 15/09/2009 12,6% çoxdur. RİA-nın məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. DSK-nın məlumatına görə, hesabat dövründə adambaşına düşən nominal gəlir 11,2% - 1,655 min manatadək artıb. Əhalinin gəlirlərinin ümumi həcmindən 66,9% mal alışına və müxtəlif xidmətlərin ödənilməsinə, 10,1% vergi ödənişinə, 23% banklarda əmanətlərin həcminin artırılmasına və valyuta alışına yönəlib. Bütün vergi və digər icbari ödənişlər ödənildikdən sonra əhalinin sərəncamında 13 mlrd. 114 mln. manat məbləğində gəlir qalıb ki, bu da 2008-ci ilin yanvar-iyul aylarının göstəricisindən 12,8% çoxdur. 2009-cu ilin avqustunda Azərbaycanda inflyasiya 0,1%, illik hesablamada 2,6 % təşkil edib. 2009-cu ildə Azərbaycan hökuməti əhalinin pul gəlirlərinin 22 mlrd. 773,3 mln. manat, xərclərin 18 mlrd. 145 mln. manat səviyyəsində olacağını proqnozlaşdırır. Ria.Az