Ria.Az | Reporter İnformation Agency: ABŞ-ın Suriyadakı səfirliyi bağlanıb ABŞ-ın Suriyadakı səfirliyi bağlanıb ================================================================================ Baş Redaktor on 30/10/2008 Yüzlərlə suriyalı polis əməkdaşları ABŞ səfirliyinin binasının mitinq iştirakçılarından qorumaq üçün əhatəyə alıb. Aksiya ABŞ-ın Suriyaya planlaşdırdığı reydin və ABŞ hərbiçilərinin Əl-Sukariyyə kəndində törətdiyi vəhşiliyin əleyhinə çıxış edən əhali tərəfindən təşkil olunub. ABŞ-ın diplomatik missiyasının nümayəndələri isə törədilən hadisənin və planlaşdırılan reydin "təhlükəsizliyə qarşı artan təhlükə" ilə bağlı olduğunu izah ediblər. Suriya hakimiyyəti isə iddia edir ki, oktyabrın 26-da Suriyanın İraqla həmsərhəd ərazidə yerləşən Əl-Sukariyyə kəndində 8 nəfər dinc əhalinin, eyni zamanda qadın və uşaqların həlakı ilə nəticələnən ABŞ hərbiçiləri tərəfindən xüsusi əməliyyat keçirilib. Hadisə ilə bağlı olaraq Suriya höküməti ABŞ-a qarşı münasibətini ciddiləşdirərək, hərbiçilərin yenidən Suriya ərazisinə soxulacağı halda hər hansı əməkdaşlıqdan imtina edəcəyi ilə hədələyib. İlkin məlumata görə, səfirlik oktyabrın 31-də yenidən fəaliyyətə başlamalıdır. Lakin bu bəyənatlardan sonra diplomatik nümayəndəliyin yenidən işə başlaması məsələsinin sual altında olduğu bildirilir.