Bakının təkrar mənzil bazarında qiymət artıb
Sentyabr ayında yeni tikililərin təkrar bazardakı payında isə artım müşahidə olunub. Bazarda təklifin artmasına (13,6%) və bağlanan əqdlərin sayının azalmasına baxmayaraq, orta qiymətdə 0,1% artım qeydə alınıb.
Bazara təqdim olunan «yeni tiklilər»in təklif portfelində xüsusi çəkisi artmaqda davam edib. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur.
Yeni tikililərin təkrar bazarda ümumi təklif portfelində həlledici mövqeyə qalxması nəticəsində otaq sayına görə təklif portfelində də dəyişiklik qeydə alınıb. Uzun illərdir ki, bazarda 2 otaqlı mənzillər üzrə tələb və təklifin digər mənzilləri üstələmə tendensiyası aradan qalxmaq üzrədir. Sentyabr ayında təkrar bazarda, ilkin bazarda olduğu kimi, 3 otaqlı mənzillərin ümumi portfeldəki payı (35%) 2 otaqlıları (34%) üstələyib.
Yeni tikililərin təkrar bazardakı payının artması rayonlar üzrə təklif portfelində də dəyişikliyə səbəb olub. Sentyabrda təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonu (24,3%) başçılıq edib. Bu tendensiyanı hələ ki, yalnız bazarın əksər seqmentləri üzrə ən aktiv rayonu olan Nərimanov rayonunun 2-ciliyə yüksəlməsi poza bilib (21,3%). İkin bazarın aktiv olduğu Nəsimi və Xətai rayonlarının da təkrar bazarda mövqeləri güclənməkdə davam edir.
Sentyabrda təklif 13,6% artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 8 mini ötüb. Yasamal, Nərimanov, Nəsimi və Xətai və rayonlarının təklif portfelində payı mütləq çoxluq təşkil edib və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 75%-ə bərabərdir. Təklif bölgüsündə yeni tikililərin ümumi portfeldəki payı sürətlə artaraq 40%-i keçib.
Avqust ayında olduğu kimi, sentyabr ayında da azotaqlı və çoxotaqlı mənzillərin sayında dəyişmələr müşahidə edilib. Belə ki, 1, 2 və 3 otaqlı mənzillərin sayında artım, 4 və 5 otaqlı mənzillərin sayında isə azalma baş verib. Sentyabr ayında avqust ayına nisbətən qiymət indeksində 0,3 bənd artım müşahidə edilib. Orta qiymət demək olar ki, dəyişməyib - cəmi 2 dollar artaraq 1 626 $/kv.m-ə çatıb. Ay ərzində təkrar bazarda Nəsimi, Suraxanı və Qaradağ rayonlarında orta qiymətdə artım, digərlərində isə azalma baş verib.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh