Ria.Az | Reporter İnformation Agency: 26/06/10 ARDNŞ Bakı buxtasında ekoloji monitorinq keçirib 26/06/10 ARDNŞ Bakı buxtasında ekoloji monitorinq keçirib ================================================================================ Baş Redaktor on 26/06/2010 ARDNŞ-dan RİA-ya verilən məlumata görə, monitorinq zamanı seçilmiş stansiyalardan dib çöküntüləri, müxtəlif dərinliklərdən su nümunələri götürülüb, eləcə də həmin stansiyaların radiasiya fonu ölçülüb. Götürülmüş nümunələr fiziki-kimyəvi, hidroloji və bioloji cəhətdən tədqiq olunmaq üçün İdarənin Kompleks Tədqiqatlar Laboratoriyasına verilib. Aparılan tədqiqatlar nəticəsində Bakı buxtasında çirkləndirici maddələrin – neftin, neft məhsullarının, fenolların qatılıqları, biogen elementlərin miqdarı, ağır metallar, fitoplanktonlar, zoobentos və mikroorqanizmlər, poliaromatik karbohidrogenlər və səthi aktiv maddələrin miqdarı müəyyən olunacaq. Alınmış nəticələr əsasında buxtanın təmizlənməsi üçün yeni tövsiyələr hazırlanacaq. Qeyd edək ki, ARDNŞ-ın Ekologiya İdarəsi tərəfindən Abşeron yarımadasının bütün sahil zolağı boyunca bu cür monitorinq işlərinin aparılması nəzərdə tutulub. Ria.Az