Ria.Az | Reporter İnformation Agency: 22/07/09 “Bakı” UEFA Çempionlar liqasının növbəti mərhələsində 22/07/09 “Bakı” UEFA Çempionlar liqasının növbəti mərhələsində ================================================================================ Oruc Mustafayev on 21/07/2009 Respublika stadionunda keçirilən cavab görüş 4:2 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb. Oyun gərgin mübarizə şəraitində keçib. Növbəti mərhələyə çıxmaq üçün bakılılara qolsuz heç-heçə, yaxud 1:1 hesabı kifayət idi. Lakin onlar qalib gəlmək əzmində idilər və buna nail oldular. Oyunun 63-cü və 76-cı dəqiqələrində Feliks, 67-ci dəqiqəsində Muciri rəqibin qapısından top keçirmiş, son dəqiqələrdə isə Şoliç azarkeşləri sevindirıb. Litva komandasında 79-cu dəqiqədə Matoviç və 93-cü dəqiqədə Qleveçkas fərqlənib. Xatırladaq ki, UEFA çempionlar liqasının seçmə mərhələsində “Bakı” və “Ekranas” klubları arasında ilk görüş 2:2 hesabı ilə başa çatmışdı. O vaxt “Bakı” komandasında Feliks və Batista fərqlənmişdilər. Ria.Az