Ria.Az | Reporter İnformation Agency: Əbu Bəkr məscidində yaralananlardan biri də ölüb Əbu Bəkr məscidində yaralananlardan biri də ölüb ================================================================================ Baş Redaktor on 17/08/2008 Məlumata görə, 53 yaşlı Rafiq Abbasov avqustun 17-dən 18-ə keçən gecə aldığı qəlpə yaralarından xəstəxanada ölüb. Bununla da məsciddəki teroor hadisəsi nəticəsində ölənlərin sayı 3-ə çatdı. Eyni zamanda Kliniki Tibbi Mərkəzə daxil olan yaralıların adldarı da məlum olub. Xəstəxanadan verilən məlumata görə, yaralılar Xasayev Sahib Rudiqar oğlu (1976), Camalov Rəşad Nazim oğlu (1985), Daşqın İbrahimov (1981), Namiq Məmmədov (1984), Rəşad İsmayılov (1984), və Vüqar Salahovdur (1983) və Ruslan Səfərəliyevdir. Xatırladaq ki, bazar günü Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkr məscidində terror hadisəsi törədilib. Saat 21.00 radələrində axşam namazı zamanı naməlum şəxs məscidin pəncərəsindən içəriyə iki ədəd əl qumbarası atıb. Ria.Az