Ana səhifə | Hadisə | Əbu Bəkr məscidində yaralananlardan biri də ölüb

Əbu Bəkr məscidində yaralananlardan biri də ölüb

image

Əbu Bəkr Məscidindəki terror zamanı yaralanmış şəxslərdən biri də vəfat edib. Bu barədə RİA-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, 53 yaşlı Rafiq Abbasov avqustun 17-dən 18-ə keçən gecə aldığı qəlpə yaralarından xəstəxanada ölüb. Bununla da məsciddəki teroor hadisəsi nəticəsində ölənlərin sayı 3-ə çatdı.

Eyni zamanda Kliniki Tibbi Mərkəzə daxil olan yaralıların adldarı da məlum olub. Xəstəxanadan verilən məlumata görə, yaralılar Xasayev Sahib Rudiqar oğlu (1976), Camalov Rəşad Nazim oğlu (1985), Daşqın İbrahimov (1981), Namiq Məmmədov (1984), Rəşad İsmayılov (1984), və Vüqar Salahovdur (1983) və Ruslan Səfərəliyevdir.
Xatırladaq ki, bazar günü Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkr məscidində terror hadisəsi törədilib. Saat 21.00 radələrində axşam namazı zamanı naməlum şəxs məscidin pəncərəsindən içəriyə iki ədəd əl qumbarası atıb. \Ria.Az\



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb