Mavi mavini öldürdü
Bakının Yasamal rayonunda mavilərin mübahiəsi qətllə nəticələnib. Əhmədağa Şıxəliyev adlı mavi, digər həmcinsini bıçaqla qətlə yetirib. Bu barədə Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, noyabrın 5-də Vidadi küçəsindəki 33 nömrəli evdə Əhmədağa Şıxəliyev münaqişə zəminində Fərəc Dadaşovu bıçaqla qətlə yetirib. Sonra isə hadisə yerindən qaçıb. Ötən gün tutulan Ə.Şıxəliyev qətlin səbəbləri açıqlayıb.
O deyib ki, Fərəc Dadşova bir müddət əvvəl 200 manat borc pul verib. Dəfələrlə pulu geri qaytarması üçün F.Dadaşova zəng etsə də, heç bir nəticəsi olmayıb. Hadisə baş verən gün evdə mübahisələri düşüb. Divanda əyləşən Fərəc qalxaraq ona bir neçə zərbə vurub. Bu zaman onun cibindən divanın üstünə düşmüş bıçağı götürərək qətlə yetirib.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh