Ria.Az | Reporter İnformation Agency: 02/08/10 Ermənilər mövqelərimizi atəşə tutublar 02/08/10 Ermənilər mövqelərimizi atəşə tutublar ================================================================================ Baş Redaktor on 02/08/2010 Bu barədə RİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, erməni silahlı birləşmələri avqustun 1-də saat 21.45-dən 21.55-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi: - saat 23.20-dan 23.30-dək Ermənistan Respublikasının İjevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hajılı kəndində yerləşən mövqelərimizi: - saat 17.40-dan 17.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən: - saat 18.30-dan 19.20-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 10.00-dan 10.15-dək, 21.50-dən 22.00-dək, 22.00-dan 22.15-dək və 23.30-dan 00.00-dək Xojavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - avqustun 2-də saat 00.50-dən 01.00-dək Ağdam rayonunun Sarıjalı kəndi yaxınlığında yerləşən mövqelərdən: - saat 03.15-dən 03.25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. Ria.Az