02/08/10 Mingəçevirdə ər “odnoklassnik”ə görə 22 yaşlı arvadının başını kəsib
Mingəçevirdə dəhşətli qətl hadisəsi baş verib. RİA-nın yerli bürosunun verdiyi məlumata görə, 22 yaşlı Mingəçevir şəhər sakini Lena Smirnova əri tərəfindən vəhşicəsinə qətlə yetirlib.
Müxbirimizin məlumatına görə, əri Lenanın başını kəsib. Sonra könüllü olaraq polisə təslim olub. Polisdəki mənbələrdən aldığımız məlumata görə, hadisə bu gün saat 18:00 radələrində qısqanclıq zəmnində baş verib. Lenanın odnaklassnik.ru saytında oğlanlarla tanış olub yazışmasını əri qeyrətinə sığışdırmayıb.
Məlumata görə, qətl hadisəsini törədən şəxs əslən Salyan rayonundan olub. Bir neçə il əvvəl Mingəçevirdə işlməyə gəlib. Orada da Lena ilə tanış olub və evlənib. Hazırda Lenadan 2 yaşlı Raul adlı oğlu var.
Qeyd edək ki, Lena bu gün saat 14:36 radələrində sözügedən sosial şəbəkədə olub.

/Ria.Az/
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh