Ria.Az | Reporter İnformation Agency: 28/06/10 Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar 28/06/10 Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar ================================================================================ Baş Redaktor on 28/06/2010 Bu barədə RİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, erməni silahlı birləşmələri iyunun 27-də saat 07.40-dan 08.15-dək, saat 16.10-dan 16.40-dək, saat 18.25-dən 18.40-dək saat 20.40-dan 20.50-dək, iyunun 28-də saat 03.00-dan 03.55-dək, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən; -iyunun 27-də saat 19.30-dan 19.35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; -iyunun 28-də saat 01.40-dan 02.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 12.00-dan 12.15-dək, saat 22.35-dən 22.50-dək, iyunun 28-də saat 03.00-dan 03.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. Ria.Az