Ana səhifə | Hadisə | 28/06/10 Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

28/06/10 Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Bu barədə RİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, erməni silahlı birləşmələri iyunun 27-də saat 07.40-dan 08.15-dək, saat 16.10-dan 16.40-dək, saat 18.25-dən 18.40-dək saat 20.40-dan 20.50-dək, iyunun 28-də saat 03.00-dan 03.55-dək,  Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;

-iyunun 27-də saat 19.30-dan 19.35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

-iyunun 28-də saat 01.40-dan  02.00-dək  Ağdam rayonunun Cəvahirli  kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 12.00-dan 12.15-dək, saat 22.35-dən 22.50-dək, iyunun 28-də saat 03.00-dan 03.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Ria.Az



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb