Ana səhifə | Hadisə | 26/06/10 Ermənilər atəşkəsi pozublar

26/06/10 Ermənilər atəşkəsi pozublar

Bu barədə RİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, erməni silahlı birləşmələri iyunun 25-də saat 08.05-dən 08.35-dək, saat 14.05-dən 14.25-dək, saat 16.15-dən 16.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 17.05-dən 17.15-dək, saat 21.30-dan 21.45-dək, saat 23.50-dən 00.15-dək, iyunun 26-da saat 00.23-dən 00.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə,  Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən:

-iyunun 25-də saat 09.40-dan 09.55-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

-iyunun 26-da saat 01.30-dan 01.48-dək  Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

-iyunun 26-da saat 04.20- dən  05.10-dək  Ağdam rayonunun Tağıbəyli  kəndi yaxınlığında yerləşən mövqelərdən;

-iyunun 25-də saat 22.40-dan  23.10-dək, iyunun 26-da saat 00.40-dan 01.40-dək Tərtər rayonunun Çaylı, Həsənqaya, Yarimca, Qızıl Oba, Seysulam kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Ria.Az



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb