Ana səhifə | Hadisə | 22/06/10 Cəbhə bölgəsində atəş kəsilmir

22/06/10 Cəbhə bölgəsində atəş kəsilmir

Bu barədə RİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, erməni silahlıları iyunun 21-də saat 16.30-dan 16.40-dək, 21.30-dan 21.35-dək, 23.00-dan 23.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 19.05-dən 19.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 23.35-dən 23.50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;

-  saat 17.40-dan 17.50-dək, 21.40-dan 21.45-dək, 23.35-dən 23.50-dək, iyunun 22-də saat 00.10-dan 00.15-dək, 00.30-dan 00.50-dək, 04.15-dən 04.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri  yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən:

- saat 04.00-dan 04.20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb