18/06/10 Orduda kütləvi qətliam
Nəticədə 7 hərbiçi dünyasını dəyişib, bir neçəsi yaralanıb. Hadisə gündüz saatlarında kazarma rejmində baş verib. Həlak olanlar arasında zabitlər də var.
Mənbə bildirib ki, qətliama səbəb zabit heyəti ilə əsgərlər arasında yarnmış konflikt olub. Əsgərlərdən biri növbədən qayıtdıqdan sonra kazarmaya daxil olaraq əvvəlcə zabitlərə, sonra isə əsgərlərə atəş açıb. Atəş səslərinə gələn digər kazarmada olan hərbiçilər onu zərərsizləşdiriblər. Ölən əsgərlərin 4-nün Quba rayonundan hərbi xidmətə çağırıldığı bildirilir.
Dünən Quba rayonundakı mənbələrdən əsgərlərdən birinin cənazəsinin ailəsinə təhvil verildiyini öyrəndik. Ölən əsgər Yusifov Xan Əsgər oğludur. Mənbənin məlumatına görə ərazidə Hərbi Prokurorluğun və xüsusi xidmət orqanlarının əməkdaşları araşdırma aparır.
Xatırladaq ki, son bir ildə hərbi hissədə nizamnamədən kənar hallarla bağlı artıq 4-cü qətliam hadisəsi törədilib. Bir müddət əvvəl Daşkəsəndə yerləşən «N» saylı hərbi hissədə əsgərlər zabit heyətini güllələmişdi. Nəticədə onlarda daxil 6 hərbiçi həlak olmuşdu. İlin əvvəlində isə «Füzuli rayonunda yerləşən hərbi hissədə əsgərlər zabitlərə atəş açaraq 2 nəfəri qətlə yetirib bir nəfəri ağır yaralamışdı. Şəmkirdə yerləşən hərbi hissədə baş verən eyni xarakterli hadisə də isə 4 nəfər öldürlmüşdü. Son iki hadisəni törədənlər məhkəməinin qərarı ilə ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılıb.
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu RİA-ya verdiyi açıqlamasında məlumatı təkzib edib.
“Bildiririk ki, belə bir şey olmayıb. Lakin çox maraqlıdır ki, qəzet bu cür şaiyəni yaymağı özünə rəva bilib. Necə mümkündür ki, bu miqyasda hadisə baş versin və Müdafiə Nazirliyi konkret münasibət bildirməsin. Biz bunu təxribat kimi qiymətləndiririk. Bu “xəbəri” haradan götürüblər, kim bu yalan inforomasiyanı onlara verib, qoy açıqlasınlar. Təkzib etməyimizə baxmayaraq onlar öz bildiklərini ediblər. Bu cür dəqiqləşdirilməmiş yalan və təxribatçı fikirləri qəzet səhifələrinə çıxararkən onun məsuliyyətini də dərk etməlidirlər. 7 nəfər kimdir, onları kim öldürüb və bunu nə üçün edib səbəbini göstərsinlər. Uydurma məlumatlarla Azərbaycan Ordusu haqqında mənfi fikirlər aşılamaq heç bir əndazəyə uyğun gəlmir və qəzetin manşetə çıxardığı əsassız açıqlamasına görə sadəcə təəssüf edirik”, - Eldar Sabiroğlu bildirib.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh