Ria.Az | Reporter İnformation Agency: 15/10/09 Ailə münaqişəsi, dəhşətli qətllər... 15/10/09 Ailə münaqişəsi, dəhşətli qətllər... ================================================================================ Baş Redaktor on 14/10/2009 adam öldürmə, ölümə sui qəsd, qəsdən sağlamlığa ağır zərər və yüngül zərər vurma cinayətlərinin sayı ötən illərə nisbətən azalıb. Məlumata görə, baş vermiş qətl hadisələrinin əksəriyyəti ailə məişət zəminində baş verir. Mülk üstündə baş verən cinayətlər ötən illlərlə müqayisədə artıb. Ailələrdə qətillər niyə baş verir? Düzgün təməli qoyulmayan ailələrdə mübahisələr baş verir və nəticədə də həmin mübahisələr ağır nəticələrə səbəb olur. Hüquqşünas İradə Cavadova deyir ki, ailə daxili baş verən qətillərin əksəriyyəti qısqanclıq və əxlaqsız hərəkətlər səbəb olur: “Misal üçün deyim ki, bir xanım 5 il ərzində hüquq-mühafizə orqanlarına müracət edərək, bildirib ki, o, əri tərəfindən təhqir olunur, ləyaqəti alçaldılır, həyat yoldaşı daim sərxoş olurdu və onu hər gün döyürdü. Həmin xanım əri tərəfindən döyülməsinə dözsə də, ərinin uşaqlarını döyməsinə dözməyib. Həmin xanım ərinin bu hərəkətlərinə dözməyərək, sonuncunu qətlə yetirmişdi. Bu hadisə məişət zorakılığı zəminində baş vermişdi. Lakin ortada insan faktoru vardı, onun ləyaqəti alçaldılmışdı. Onun artıq uşaqlarının ləyaqəti alçaldılırdı”. Kimdir günahkar! Baş vermiş anoloji qətillər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılır. Hakim Rauf Əliyevin sədrliyi ilə Suraxanı rayon sakini Lalə Əsədovanın keçirilən məhkəməsi də mülk üstündə baş verib. Xanım müttəhim qayınatasını evdən didərgin salması ailə başçısının məhkəmə qapılarına düşməsi səbəb olub. 1978-ci il təvəllüdlü Lalə Əsədova bu il mayın 8-də həyat yoldaşı Vüqar Salmanovu Suraxanı rayon, Qaraçuxur qəsəbəsində olan evlərində kəmərlə boğmağa cəhd edib. O, daha sonra həmin gün həyat yoladışının qarın nahiyəsinə bıçaqla zərbələr vuraraq, onun sağlamlğının pozulmasına səbəb olub. Yaralı 3 saylı Sabunçu xəstəxanasında müalicə olunub. Onlar aralarında olan razılıqdan sonra şikayətçi olmayıblar. Vüqar Salmanov mayın 17-də xəstəxanadan çıxıb və yaşadıqlar evə qayıtdıqdan sonra ər-arvad arasında münasibət yenidən gərginləşib. Belə ki, təqsirləndirilən şəxs mayın 18-də səhər saat 9.00 radələrində həyat yoldaşı Vüqar Salmanovu xüsusi hazırlanmış məftillə döyüb və sonra onun başına qaynar su tökərək yandırıb. Lalə Əsədova elə həmin gün baldızı Səbinə Salmanovanı döyərək, ona ağır xəsarətlər yetirib. Təqsirləndirilən Lalə Əsədova ittiham üzrə özünü təqsirli bilməyib. O, ərinin özü-özünə xəsarət yetirdiyini deyərək bildirib ki, baldızınıda vurmayıb. L.Əsədova əri və baldızları tərəfindən dəfələrlə təzyiqlərə məruz qaldığını da qeyd edib. Adı cinayətdə hallanan Vüqar Salmanovun ifadəsinə görə, Lalə Əsədova ilə 2003-cü ildə ailə həyatı qurublar. Valdeyinlərinin xeyr-duasını almadığını söyləyən zərərçəkmiş Oğuz rayonunda qayınatasının onlara toy etdiyini və onların birgə nikahlarından bir övladları olduğunu bildirdi: “Toyumdan bir həftə sonra Laləni götürüb, atamın evinə gətirdim. Bir ara münasibətlərimiz yaxşı oldu. Amma son vaxtlar atamla Lalə yola getmirdi. Bu səbəbdən atam evdən getmişdi. Məhkəmədə bizə qarşı mülki iddia qaldırmışdı. Suraxanı rayon Məhkəməsi hər iki tərəfin evdə yaşamaq hüququ olması ilə bağlı qərar çıxarmışdı. Buna baxmayaraq, Lalə apellyasiya şikayəti vermişdi. Mayın 8-də Bakı Apellyasiyaa Məhkəməsindən çağırış gəlmişdi. Bu zaman mən əsəbləşdim və atamı evə gətirəcəyimi bildirdim. Bu vaxt Lalə ilə anası mənim üstümə hücum çəkdilər ki, bunun olması mümkün deyil. Mən atamı çölə ata bilmərəm dedikdə isə Lalə məni öldürməklə hədələdi. Hətta mənə hücum çəkdi, üzümü çırmağa başladı. Sonra bıçaqla qarın nahiyəmdən vurdu. Məni xəstəxanaya apardılar. Lalə xəstəxanaya gəldi və yalvarmağa başladı ki, şikayətçi olmayım, onu uşağımıza bağışlamağım üçün yalvardı. Mən onun bu xahişini nəzərə aldım və müstəntiqə özüm-özümə xəsarət yetirdiyimi bildirdim. Mayın 17-də xəstəxanadan çıxıb evə gəldim. Ertəsi gün Lalə məni yenə də təhqir etməyə başladı, anamın qəbrinə söydü. Həmin vaxt arxadan başıma bir qab isti su tökdü”. Məhkəmə Lalə Əsədovanı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 132-ci (döymə) maddələri ilə təqsirli bilərək, onu 3 il müddətinə azadlıqdan məhrum edib. Ailə münaqişəsi, baş vermiş qətl Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını qətlə yetirməkdə ittiham olunan Şahbaz Vəliyevdə cinayəti mülk üstündə törədib. Valkideynlərindən miras qalan evi bölə bilməyən qardaşların taleyi qətllə nəticələnib. Otən il dekabrın 25-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 42 yaşlı Şahbaz Əmiraslan oğlu Vəliyev ailə münaqişəsi zəminində 50 yaşlı qardaşı Nəbini bıçaqlayaraq qətlə yetirib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları Ş.Vəliyevi həbs ediblər. Şahbaz Vəliyev qardaşını 140 min dollara satılmış ata mülkünün pulunun bölünməsinə görə yaranan mübahisə nəticəsində öldürüb. “Qardaşım məni tutdurmaqla hədələyirdi” Ş.Vəliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə razılaşmayaraq bildirib ki, mütəmadi olaraq qardaşı tərəfindən ölümlə hədələnib: “O, məni tutdurmaqla da hədələyirdi. Bu hədələrlə məni ata evimdən çıxartdı. Mən də onun hədələrindən dincəlmək üçün evdən çıxdım, gedib kirayədə qaldım. Qardaşım dəfələrlə məni bıçaqla vurmaq istəyib, amma istəyinə nail ola bilməyib”. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdi ki, 5 ildir qardaşı tərəfindən ölümlə hədələnsə də, onun hədələrinə əhəmiyyət verməyib: “Məni hədələyəndə qulaqlarımı tuturdum ki, onun hədələrini eşitməyim. Çünki ona cavab vermək istəmirdim. Bilirdim ki, cavab verəndə belə olacaq. Hər dəfə onunla mübahisə edəndə onu öldürməkdən özümü saxlayırdım, onunla mübahisə etməkdən yayınırdım. Amma sonuncu hədələrinə dözə bilmədim və onu vurdum. Gərək yenə də özümü saxlayardım. Çünki qardaş qanı tökmək ağırdır, onun dərdini çəkmək də çox çətindir”. “Arvadımla qardaşım birləşərək, məni dəlixanaya göndərmək istəyirdilər” Ş.Vəliyev ifadəsində həyat yoldaşı Pərvanənin qardaşı Nəbi Vəliyev tərəfindən yoldan çıxarıldığını dedi: “Nəbi arvadımı mənə əleyhimə getməyə yönəldib. Qardaşım arvadımı öyrətdiyi üçün 2004-cü ildə ailəmiz dağılıb. Qardaşım 2004-cü ildə məndən ayrılan arvadımla birlikdə Bakı şəhər Baş Polis İdarəsinə gedib və məndən şikayət edib. Onların birgə şikayətləri əsasında məni dəlixanaya göndərdilər. Bir neçə il dəlixanada qalandan sonra çıxdım. Qardaşım yenə də məndən əl çəkmədi. Məni görəndə deyirdi ki, özünü as, arvadın səninlə birgə yaşamaqdan imtina edir. Nəbi belə sözlərlə hər kəsin yanında məni təhqir edirdi. Məni dəli adlandırırdı, yenidən dəlixanaya salmaqla hədələyirdi. Mən isə ona deyirdim ki, daha bəsdir, məndən əl çək. Amma o, məndən əl çəkmək bilmirdi. Onun hərəkətləri barədə qohumlarıma, əmilərimə şikayət edəndə deyirdi ki, dəlidir, yalan danışır”. Müəttəhimin peşmançılığı, hakimin kəsdiyi cəza... Onun sözlərinə görə, əvvəlcədən qardaşı tərəfindən öyrədilən həyat yoldaşı Pərvanə onun əleyhinə çıxış edib: “Qardaşım onu əvvəllər o qədər öyrədib ki, guya onu öldürəcəm. Mənim belə bir niyyətim yoxdur. Pərvanəni öldürmək niyyətim olsaydı, bunu həyata keçirərdim. Pərvanə pis də olsa, övladlarımın anasıdır, mən onları anasız qoymaram”. Təqsirləndirilən ifadəsinin sonunda qardaşını öldürməyə görə peşman olduğunu da dilə gətirdi. Lakin məhkəmənin çıxardığı hökmlə bu peşmançılığın gec olduğunu Şahbaz Vəliyev başa düşüb. Məhkəmə Şahbaz Vəliyevə 11 il cəza təyin edib. Vəliyev 11 ildən sonra bu peşmançılığın nəticəsini başa düşəcək. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, ailə-məişət zəminində baş verən qətillərin əksriyyəti mülk üsnüdə baş verir. Bu ilin müvafiq dövründə məhkəmə tərəfindən 50-dən çox cəza çıxarılıb ki, bununda əksəriyyətindən çoxu ailə daxili münaqişə zəminində baş verib. Bu cür dəşətli qətllərin baş verməsinə səbəb isə ailələrin düzgün təməlinin qurulmamasıdır. Ailə də ağır cinayətlər, düzgün olmayan məhkəmə qərarı Quba rayonunun Vəl-Vələ kənd sakini, 50 yaşlı Rəhilə Əliyeva evində hamilə gəlini, 30 yaşlı Nazilə Ağarzayevanı kəmərlə boğaraq qətlə yetirməsi də mənzil üstündə baş verib. Nazilə Ağaryayeva ərindən boşanması üçün Quba rayon məhkəməsinə müraciət edib. Ər-arvadı boşanmasına qərar verən məhkəmə isə hər iki tərəfə eyni evdə yaşamaq hüququ verib. Lakin məhkəmə onu da nəzərə almayıb ki, bir dam altında yola getməyən bu ailənin boşanmasının səbəbi etni dam altında yaşaya bilməmələri olub. Lakin məhkəmə qərar qəbul edəndə bu problemin həllini həyata keçirməyib. Məhkəmə öz borcundan yalnız qərar çıxarmaqla çıxıb. Lakin həmin məhkəmənin qərarı ilə ailənin daha bir problemi yaranır. Bir-birlərinə düşmən olan bu qohumlar hər gün eyni evdə yaşaması vəziyyəti daha da gərginləşdirir. Elə Rəhilə Əliyevanın məhkəmədə verdiyi ifadəsinə diqqət yetrisək hər şey aydın olar. Rəhilə Əliyeva bildirib ki, gəlini oğlundan ayrılandan sonra öz anasının evinə yollanıb, lakin bir neçə gündən sonra geri qayıdıb. Onun sözlərinə görə, qayıdandan sonra keçmiş gəlin arasında mübahisə qızışıb: “Nazilə həmişə məni nalayiq söyüşlərlə təhqir edirdi, onun təhqiredici ifadələrindən bezmişdim. Həmin gün də evə gələn Nazilə məni həyətdə təhqiramiz ifadələrlə söyməyə başladı. Mən onun səsini kəsməsi üçün qarşısına keçəndə məni döydü, daha sonra əl çantası ilə başıma vurmağa başladı. Gəlinim elə təhqiramiz ifadələr işlədirdi ki, həmin ifadələri məhkəmədə səsləndirməyə utanıram. Həmin vaxt onun hərəkətlərindən bezib qonşuya keçmək istərkən qarşısımı kəsdi və məni döyməyə başladı. Bu hərəkətinə dözə bilmədim və onunla əlbəyaxa oldum. Onun hərəkətlərindən o həddə çatmışdım ki, istəyirdim dişlərimlə onu didim, qanını içim. Onu yerə yıxanda məni bıçaqla vurmaq istədi. Bu hərəkətinin qarşısını aldım, dizlərimi sinəsinə qoyub, əllərimlə onu boğdum. Onu boğanda şok vəziyyətində idim. Onu öldürmək niyyətim olmayıb, məqsədim gəlinin gözünü qorxutmaq olub. Təxminən 10-15 dəqiqə gözlədim ki, özünə gələr, amma bədininə əlimi vuranda buz kimi olduğunu gördüm. Əvvəlcə onun meyitini gizlətmək istədim, amma bu hadisəni gizlədə bilməyəcəyimi başa düşdüm və polisə təslim oldum”. Məhkəmədə Rəhilə Əliyevanın barəsində cəza təyin edərkən, əvvəlki məhkəmənin qərarını nəzərə almayıb. Sanki öz peşəsini yerinə yetirən hakimlər Rəhilə Əliyevaya 13 il cəza təyin etməklə öz işini yekunlaşdırmış olub. Daha insan telyinin həll edilməsi mərhələsinə nəzər yetirməyib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, bu ilin 8 ayı ərzində məhkəmədə qəsdən adam öldürmə, öldürməyə cəhd, ağır bədən xəsarəti yetirmə cinayətləri üzrə 100-dəb çox hökm çıxarılıb. Həmin cinayət işlərinin əksəriyyəti mülki mübahislər zəminində baş verib. “Məhkəmənin əmlakı bölmək hüququ yoxdur” Vəkil Osman Kazımov deyir ki, baş vermiş qətl hadislərində məhkəmə günahkar deyil. Vəkilin fikirincə, məhkəmə tərəflərə əvvəlcə barışıq edə bilər, sonra isə onların ayrılmasına qərar verə bilər: “Məhkəmə mülki qaydada əmlakın satılıb və tərəflər arasımda bölməsinə qarışa bilməz. Bu hal dünyada da belə mövcuddur ki, məhkəmə hər iki tərəfə eyni evdə yaşamaq hüququ verir. Lakin tərəflərdən biri mülki qaydada evin satışa çıxarılıb və nəticədə bölünməsi barədə iddia qaldırmaldır. Buna da məhkəmə baxıb, qərar verməlidir. Əks halda məhkəmənin özü belə təşəbbüslə çıxış etmək hüququ yoxdur”. “Düzgün qurulmayan ailələrdə dəhşətli facilərə baş verir” Hüquqşünas Nadir İbişov isə ailələrdə baş verən hadsilərin düzgün qurulmamsı kimi qiymətləndirdi. Onun sözlərinə görə, ailə daxilində baş verən əxlaqsız hərəkətlər sonda belə nəticələrə səbəb olur: “Bunun da qarşısını almaq üçün gərək, əvvəlcədən ailə qurmaq üçün firkirləşmək lazımdır. Əks halda dəhşətli facilərə səbəb olur”. İradə Cavadovanın sözlərinə görə, qətl hadisələrinin baş verməsinə səbəb ailə daxili zorakılıq hərəkətləri nəticəsində baş verir. İradə Cavadova ailə başçılarının ayrılması üçün məhkəmələrə müracət etməsi və məhkəmənin çıxardığı qərarlara münasibət bildirərkən, qeyd etdi ki, ailə zorakılığı ilə boşanmaq üçün məhkəmələrə müracət edən şəxslərin işlərini işə baxan hakimlər araşdırmalıdır. Onun sözlərinə bu fakt məhkəmə tərəfindən müəyyən edilərsə, həmin şəxslərin bir evdə, ayrı-ayrı yaşamalarına məhkəmə qərar verməməlidir: “Qanunda ər-arvadın birgə əldə olunmuş mülkdən istifadə etmək hüquqları var. Bu birgə əldə olunmuş müəlkiyyətdir. Hər iki tərəfin istifadə etmək hüququ var. Hər iki tərəf bərabər hüquqludurlar. Lakin bir çox hallarda kişi məcbur edir ki, arvad evdən çıxsın, belə olan halda da qadın evdən çıxmağa məcbur olur. Burada sui-istifadə halları var. Amma elə hallar olur ki, xanım təzyiqlərə dözə bilmir və uşaqlarının da götürərək, evdən getməyə məcbur olsa da, gedə bilmir. Çünki uşaqları ilə evi tərk etməyə məcbur olan qadın küçəyə getməlidir. Yəni, həmin qadının uşaqları ilə birgə sığınmaq üçün yer yoxdur”. Hüquqşünas daha sonra deyib ki, ər-arvadını birgə mülklərindən hər iki tərəfin istifadə etmək hüququ tanınır: “Əgər ər-arvadın iki otaqlı evi varsa, həmin evi hakim iki tərəf arasında bölür. Hərəsinin bir otaqda yaşamaq hüququ verilir. Qanunvericilikdə bu normal haldır. Yalnız tərəflər yola getməyəndə, güclü tərəf çalışır ki, zəif tərəfi evdən çıxarsın. Qanunvericilikdə də bu məsələ öz həllini tapmalıdır. Əgər qadının uşaqları ilə başqa yerdə yaşamağa evi yoxdursa, həmin mübahisəli evdən kişi çıxmalıdır. Evlilik olan zaman çox şeylər vəd edilir, amma sonda çox böyük problemlərlə üzləşirlər. Eyni evdə tərəflər düşmən vəziyyətində yaşamalı deyillər. Amma bir çox hallarda ər-arvad sivil vəziyyətdə ayrılırlar və bir evdə də yaşayırlar. Həmin şəxslər bir evdə yaşamaqla dost qalırlar. Həmin şəxslər bir evdə yaşasalar da, bir-birlərinin işlərinə müdaxilə etmirlər. Amma belə hallar çox az-az baş verir”. İradə Cavadova söyləyir ki, ailədə mülk üstündə yaranan problemlərin səbəblərindən biri də ailə quran şəxslərin nikah müqaviləsini bağlamamasıdır. Onun sözlərinə görə, tərəflər ailə quran zaman nikah müqaviləsi bağlasalar, gələcəkdə onların hər hansı problemələri baş verməz: “Təbbi ki, bu müqavilə də tərəflərin öz xoşları ilə olmalıdır. Burada təzyiq edilə bilməz. Bu da bir mədəniyyətdir. Əgər nikah müqaviləsi bağlanarsa, artıq burada problemlər çözülmüş olur. Artıq tərəflər bilir ki, onlar ayrılan zaman hansı mülkiyyətlərə sahib olacaqlar”. Qeyd: Yazı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Ailə hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.