28/07/09 Başkeçid yaylağında Elat Mədəniyyəti
İyulun 26-da Borçalı Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın Başkeçid (Dmanisi) rayonunda «Borçalı türklərinin elat mədəniyyəti günü» adlı kütləvi ədəbi-bədii tədbir keçirildi. 10 minə yaxın insanın qatıldığı mərasimdə
azərbaycanlılarla yanaşı, Gürcüstan rəsmiləri, millət vəkilləri və ziyallırı da iştirak edirdi.
İyulun 25-də Bakının Bibiheybət məscidinin yanından “Dostluq karvanı” zurna - balabanla yola salındı. Səhər saat 8 radəlirndə yola düşən “Karvan” axşam saatlarında Gürcüstan – Azərbaycan sərhədində eyni təmtəraqla qarşılandı. Qonaqların yaqları altında qurban kəsildi. Srhəddəcə təşkil edilmiş saz-söz məclisindən sonra “Karvan” Başkeçidə tərəf yön aldı...
Başkeçid yaylağında
İyunun 26-sı səhər tezdən isə “köç” yaylağa qalxmağa başladı. Yaylaqda çadırlar quruldu, gənclər at çapdılar, qurşaq tutub güləşdilər. Milli geyimli xanımlar yuxa yadılar, qadınlar yun darayıb, ip əyirdilər. Samovarlara od salındı, qoyunlar kəsilib, kabab çəkildi...
Tədbirin rəsmi hissəsinin açılışını edən folklorşünas Elxan Məmmədli məroasimin mahiyyətindən danşdı. O, Borçalı Cəmiyyətinin təşkil etdiyi bu tədbirin Gürcüstan-Azərbaycan münasibətlərinə töhfə olduğunu, iki dövlət və xalq arasındakı dostluq ənənələrinin qorunub saxlanılmasına xidmət ediryini bildirdi.
“Gürcüstanın ərazi bütövlüyünü qorumaq borçalılıların borcudur”
Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda yaşayan soydaşlarımızın problemlərindən və onun həlli ilə bağlı rəhbərlik etdiyi qurumun proqramlarından danışdı:
- Gürcüstanda yaşayan soydaşlarımızın Borçalıda məktəb, torpaq, inteqrasiya və dil problemi var. Görəsən, bunlar niyə həll olunmur? Çünki iki cəmiyyət arasında etimadsızlıq mühiti yaranıb. Bu problemləri rus imperiyasının tör-töküntüləri və ayrı-ayrı dəllallar yaradır. İyirmi ildir ki, tətbiq olunan metod doğru deyil. Siyasi çəkişmələrə son vermək lazımdır. Bu məqsədlə də hamının ruhunun məhsulu olan elat mədəniyyətini ortaya qoymaq istədik. Gürcülərlə azərbaycanlıların dili və mədəniyyətləri fərqli olsa da, ruhlarımızın dili eynidir. İnanırıq ki, bizim ortaya qoyduğumuz mədəniyyət modelini gürcü xalqı ruhən qəbul edəcək.
Çünki Gürcüstan prezidenti Mixail Saakaşvili bürokratik əngəllər yaratmadı və bizim təklifə «hə» dedi. Bölgənin qubernatoru David Kirkitadze də təklifimizə müsbət yanaşdı. Quberniya və Prezident Aparatında çalışan dostlarımız və ziyalılarımız qarşısında baş əyirəm.
Gürcüstanın ərazi bütövlüyünü qorumaq borçalılıların və hər bir Azərbaycan vətəndaşının borcudur. İyirmi il ərzində borçalılılar etnik separatçılığa imkan vermədi. Gürcünü arxadan vurmadı. Çətin günlərdə Gürcüstanın dayağı oldu. Bu gün biz dünyaya bu dağlardan mesaj veririk.
Azərbaycan və Gürcüstan strateji müttəfiqlərdir. Gürcü cəmiyyətinə inteqrasiya edib onun dilini, mədəniyyətini öyrənmək lazımdır. İnteqrasiyanın kökündə isə elm dayanır, - deyə Məmmədli bildiridi.
Qafqaz Müsəlmanları İdarəsi Tiflis bölməsinin rəhbəri Suleyman Əfəndi tədbir iştirakçılarına öz xeyir duasınıv verdi.
Professor, fəlsəfə elmlər doktoru Camal Mustafayev tarixin həm acı, həm də şirin məqamlarının olduğunu, bütün keşməkeşlərə baxmayaraq azərbaycanlıların milli mənliyinin özünü doğrultduğunu dedi. Gürcü və Azərbaycan xalqını birliyə səslədi.
Gürcü rəsmiləri tədbirdən razı qaldılar
Dmanisi Rayon İcra Hakimiyyətinin başçısı Bakur Mqeladzeyə verildi. B.Mqeladze qonaqlara, xüsusilə də Azərbaycandan gələnlərə böyük salamları olduğunu dedi və bu cür tədbirlərin gürcü və Azərbaycan xalqı arasında müsbət reaksiya yaradacağını vurğuladı.
Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov tədbirin iki xalq arasında münasibətlər yönündə önəmli rol oynadığını dedi.
Gürcü folklorşünas Azərbaycan dilində danışdı
Milliyyətcə gürcü olan folklorşunas Zezva Medulaşvili Azərbaycan dilində çıxış etdi. İki xalq arasındakı tarixi və mədəni dostluq tellərindən söhbət açıdı. Azərbaycan şifahi xalq ədəbiyyatı və klassik Azərbaycan ədəbiyyatı nümanələrindən həm Azərbaycan, həm də Gürcü dilində sitatlar gətirdi. Nəsimindən, “Koroğlu” dastanından hər iki dəldə şeirlər oxudu.
Milli Məclisin deputatı Nəsib Nəsibli bu cür tədbirlərin davamlı olmasını arzuladı. Bildirdi ki, Borçalı iki milləti birləşdirən körpü olmalıdır. “Amma bu körpü üzərindən keçən insanları saxlaya bilsə, möhkəm olar. Arzu edək ki, Boçalının problemləri həll olunsun”, - deyə əlavə etdi.
Saz-söz məclisi
Rəsmi hissə başa çatdıqdan sonra tədbirin mədəni və ədəbi hissəsi başladı. Dmanisi rayonunun rəqs ansambılı, Azərbaycan Benələxalq Universitenin rəqs qurupu səhnəyə çıxdı. Şairə Səadət Puta, Aidə Qaraçöplü, Opera və Balet Teatrının solisti, xanəndəsi Mütəllim Dəmirov qonaqlara xoş anlar yaşatdılar.
Sonda C.Mustafayevə, E.Borçalıya, Dmanisi rayonun icra başçısı B.Mqeladzeyə, «Gürcüstan» qəzetinin redaktoru Suleyman Suleymanova, Gürcüstan Parlamentinin deputatı A.Suleymanova, Dmanisi rayon bələdiyyəsinin sədri Qiya Dezvonaşvili və müavini Şahin Həsənova, Z.Medulaşviliyə, Borçalı qubernatorunun müavini Hüseyn Yusifova, millət vəkili N.Nəsibliyə, Gürcüstan Reinteqrasiya Nazirliyinin idarə rəisi Savalan Mirzəyevə, Qardabanı rayonu Nəzərli kənd məclisinin sədri Dünyamalı Hacıyevə, Dmanisi rayon ağsaqqalı Camal Həsənova, Başkeçidin el ağsaqqalı Cahangir Orucova, şairə Səadət Putaya, Şamil Əliyevə, Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Əlixan Məmmədova. AzərTAc-ın Gürcüstan nümayəndəsi İslam Əliyevə, «SOKAR Energy Georgia» şirkətinin idarə rəisi Arif Əliyev, Gürcüstan Azərbaycan «Dostluq» evinin nümayəndəsi Vaja Nikrilauriyə «Borçalı» cəmiyyəti adından xatirə hədiyyələri təqdim edildi. Tədbir iştirakçılarına Azərbacanda nəşr olunmuş kitablar, “Elat mədəniyyəti günləri”nin loqosu həkk olunmuş beyzbolkalar, köynəklər və döş nişanları hədiyyə edildi.
Axşam saat 19:00 radəlirndə isə “köç” arana enməyə başladı.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh