Ana səhifə | Gündəm | Məhkəmə | 05/11/09 “Meşə qardaşları”nın hökmü oxunub

05/11/09 “Meşə qardaşları”nın hökmü oxunub

məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin çıxardığı hökmə əsasən Azərbaycan vətəndaşları Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Kamran Bozorgini 8, Zabit Şıxbabayev 7, Samir Babayev 8, Anar Vəlimətov 8, Fariz Məmmədov 8, Rasim İsgəndərov 8, Taleh Məhərrəmov 8, Elşən Allahverdiyev 8, Rafiq Ağacanov 6, Zaur Cəfərov 6, Azər Baxışov 6, Teymur Nərimanov 6, Musa Orucov 5, Aleksandr Nurəliyevin 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6 il, Rüfət Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Rusiya vətəndaşı Maqomed İsayev 15, Türkiyə vətəndaşları Yamin Ali 6 il, Özdəmir Ergin 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, adı çəkilən şəxslər Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər.

Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb