11/09/09 Moskvada Azərbaycanlı ata və oğul qətlə yetirilib
Moskva milisi paytaxtda ikiqat qətl hadisəsi üzrə cinayət işi qaldırıb. RİA-nın “İnterfaks” agentliyinə istinadən yaydığı məlumata görə, Moskva İstintaq İdarəsəi RF Cinayət Məcəlləsinin
105-ci (iki və daha artıq şəxsin qətlə yetirilməsi) üzrə cinayət işi açıb. İdarədən bildiriblər ki, hadisə yerində Moskva İstintaq İdarəsinin rəisi Anatoli Baqmetin rəhbərlik etdyi qrup çalışır. İstintaq qrupu müəyyən edib ki, qətlə yetirilənlər sükan arxasında olan, 1959 –cu il təvəllüdlü Bəxtiyar Kamal oğlu Bağırov və onun oğlu, 1982-ci il təvəllüdlü Roman Bağırovdur. Bağırovlara məxsus "Xonda" avtomobilin arxa oturacağında Makarov tapançası tapılıb. Salonda iri miqdarda pul(dollarla) olub. Qatilin arxa oturacaqdan ata və oğula atəş açdığı ehtimal olunur.
Ria.Az
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh